Архив | Сентябрь 2022

ƏL BURUC SURƏSİNƏ BƏNZƏTMƏ

85_sura_buruj

Bürclərin yiyəsinə — göyə and içirəm mən,
Və həm də vəd edilmiş günə and içirəm mən!
And içirəm şahidə, şahidlik edilənə!

Öləcəklər xəndəyin həndvərindəkilər!

Orda od qalayanlar.

Yığılıb ətrafına oturmuşdular onlar

Görürdülər ki, nələr edilir möminlərə.

Beləcə qisas alıb işgəncə verirdilər,

Həmid, əziz Allaha iman gətirənlərə.

O kəsə ki, həm göyün, həm yerin hökmü onda,

Odur nə var, görən də.

Kim qadınlı-kişili möminləri əzablı

Sınağa  çəkib əgər tövbə eləmədisə,

Yeri cəhənnəmdədir, oddur onun cəzası.

Kim iman gətiribsə, xeyir işlər görübsə,
Cənnətdir onun yeri, ordavar böyük məzə.

Tanrının qəzəbi sərt, cəzası çox ağırdır!

Və başlayan da odur, odur təkrar edən də,

Bağışlayan, sevən də.

Şanlı Ərş də ondadır.

İstədiyini edər!

Çatıbmı qoşunların hekayətləri sənə?

Nə bilirsən Firondan, bir də səmudilərdən?

İman gətirməyənlər inkar edirlər hərçənd.

Əhatəsindədirlər Allahın hər tərəfdən.

Yox, bu, şanlı Qurandır!

Lövhədə qorunandır.

10-11.09. 2022, Samara

ƏT TƏKVİR SURƏSİNƏ BƏNZƏTMƏ

81_sura_takvir

O vaxt ki, bükülüb günəş  bağlanar,

Tərpənər yerindən onda ki, dağlar,

Boğazlıqlarının on ayı bitən,
Dəvələr o o vaxt ki, baxımsız qalar

O vaxtki, heyvanlar gəlib yığışar,
O vaxt ki, dəryalar qaynayıb daşar,

Qovuşar, birləşər o vaxt ki, qəlblər

Diri basdırılan körpəcə qızdan,
Onda soruşular günahı nədir
Nəyə görə qətlə yetirilibdir.
O vaxt ki, açılar səhifələr də.
O vaxt ki, qoparaq göy gələr yerə,
O vaxt ki, cəhənnəm odu alışar
O vaxt ki, cənnət də həm yaxınlaşar,

Onda hər kəs anlar nələrlə gəlib.

And içirəm səma cisimlərinə,
Onlar ki, görünüb gizlənir yenə.

Andım —  qatılaşan gecə toranı,
Və sərin nəfəsli səhərdir andım:

Kərim rəsuldandır bu söz doğrudan!

Ərş Yiyəsindəndir ondakı qüvvə,

Ona itaət var, etibar həm də.
Və sizin soydaşın cini yox nə də.
Və o görmüş Onu aydın üfüqdə,

Qeybdən gələni gizlədən deyil.

Bu söz daşaqalaq şeytanını deyil!

Hara gedirsiniz siz belə indi?

Aləmə bu təlim öyüd, zkrdir,

O kəsə ki, doğru yola meyl edir.

Arzulamazsınız siz fəqət bunu,
İstəməsə Allah, Rəbbi aləmin.


09-10. 09. 2022, Samara

ƏN NƏS SURƏSİNƏ BƏNZƏTMƏ

114sura_nas

De:

İnsanın Tanrısına,
İnsanın məliyinə,
Sığınıram —  qorusun,

Şər törədib itənin,

Fitnələrindən məni.

O kəsdən ki, qəlbləri

Şübhələrə sövq elər.

Tanrıdır müdafiəm,

Cindən və insandan həm.

08.09. 2022, Samara

ƏŞ ŞƏMS SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

And içirəm günəşə, onun şəfəqinə həm,

Ondan sonra görünən aya da and içirəm.

And içirəm gündüzə — ondan nur yayan zaman,

And içirəm gecəyə — onu qapayan zaman.

And içirəm həm göyə, həm də onu qurana,
And içirəm həm yerə, həm də onu sərənə.

And içirəm ruha və ona nizam verənə,
Ki, insana tanıdıb föhş nədir, abır nə.

Qazanc sahibi yalnız ruhu təmizləyəndir.

Məyus olar ruhunda kim ki, şəri gizlədir.

Və azğın səmudilər ona yalançı dedi,

Qalxdı ayağa onda ən bədbəxti kimi idi.

Bu sözü eşitdilər Allahın elçisindən:

“Bu, Alllahın dəvəsi, bu da ki, dəvə içən».

Saydılar səmudilər sözünü yalan yenə,

Və diz vətərlərini kəsib onlar dəvənin,

Qanını axıtdılar.

Məhv etdi hamısını buna görə Tanrı da,
Qoymadan arada fərq,

Bunun nəticəsindən əsla çəkinməyərək.

 

07.09. 2022, Samara

ƏL BƏLƏD SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Bu şəhərə and içirəm!

Sakinisən bu şəhərin sən özün həm.

Və and olsun törədənə, həm də ondan törənmişə!

İnsanı biz qayğılarla yaşamağa yaratmışıq .

Düşünürmü yenə bilməz onu heç kim?

Deyir: “Saysız malı, pulu məhv elədim!”

Zənn eləyir bəlkə heç kim onu görməz?

İki gözü vermədikmi biz ona bəs?

Dili, qoşa dodağı da.

Onu iki yüksəkliyə biz yolladıq,

Dik aşmağa fəqət o, cəhd eləmədi.

Nə bilərsən maneəni aşmaq nədir!

Bu, bir qulu azadlıqğa buraxmaqdır,

Yedirməkdir aclıq vaxtı

Bir yetimi qohumlardan,

Sürünən yoxsulu ya da.

Mömin ola sonra elə

Ki, hər kəsi mərhəmətə və səbrə sövq edə bilə.

Belələri sağ tərəfdə yer alacaq,

Kimlər bizim ayələrə inanmadı, sol tərəfdə yer tapacaq.

Üstlərində odlu qübbə qapanacaq.

06-07. 2022, Samara

ƏL ƏLA SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Tərif  de Tanrının ali adına,
Nizam, ölçü verib yaratdığına!

Odur təyin edən, yola qoyan həm,

Yaşıl otlaqları odur göyərdən,

Qaraldıb zibilə sonra döndərən.

Sənə oxudarıq, sən də yadında

Saxlarsan hər şeyi, yalnız Allahın,

İstəmədiyini sən unudarsan.

Bəllidir Allaha həqiqətən də,

Açıqda olan da, gizlədilən də.

Lap yüngül elərik yüngülünü biz.

Öyüd ver, deyilsə öyüd xeyirsiz.
Öyüdün yetişər qəlbi xofluya,

Bədbəxt olan kəssə çevirər arxa.

Böyük od içində o kəs yanacaq,
Nə ölüm, nə həyat var odda ancaq.

Təmizlənir kimsə — qazanır o da,

Rəbbi yadında və  dualarında.

Üstün bilirsiniz siz bu həyatı,

Axirət daha xoş, həm də əbədi.

Bu sözlər əvvəlki yazılarda var,

Qalıb İbrahimdən, Musadan onlar.

04-05. 09 2022, Samara

ƏT TƏKASUR SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Çoxdur çoxaltmağa ehtirasınız,

Bir gün məqbərəyə gedənə qədər.

Yox, hökmən tezliklə bilərsiniz siz.

Tezliklə sizlərdən hər biri bilər.

Bilə bilsəydinin əgər yəqin  siz!

Cəhənnəm odunu görəcəksiniz,

Həqiqətən və öz gözlərinizlə.

O gün soruşular hər birinizdən,
Nemət olan nədir, məziyyət nədir.

03. 09. 2022, Samara

ƏL HUMAZA SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Vay halına o kəsin ki,

Böhtan atar, tənə edər.

Yığar pulu, malı-mülkü,
Yığar axır günə qədər.

Ümid elər ki, sərvəti,
Yaşadar onu əbədi.

Fəqət o sarsıdıcı,
Oda atılacaqdır.

Hardan bilə bilərdin,
Sarsıdıcı od nədir?

Allahın alovlanan

Odudur ki, yüksəlir,
Üstündə ürəklərin.

Uca sütunlar üstdə,
Qapanır qübbə kimi.

02. 09. 2022

ƏL FİL SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Görmədinmi sən məgər,
Sənin Rəbbn neylədi

Filin yiyələrinə?

Bütün hiylələrini

Yanlış və heç elədi.

Göndərdi qatar-qatar

Quşları üstlərinə.

Quşlar daşa basdılar,
Bişmiş gildən onları.
Dəni yeyilib gedən,
Zəmiyə döndərdilər.

02. 09. 2022, Samara