Архив | 17.09.2022

ƏL FƏCR SURƏSİNƏ BƏNZƏTMƏ

89_sura_fajr

Sübhə and içirəm, on gecəyə həm,
Təkə və cütə də and içirəm mən.

Yürüyən gecəyə  and içirəm mən

Layiq deyilmidir aqilə bu and?

Rəbbin görmədinmi neylədi Ada?

Sütunlar ucaldan İrəmə həm də?

Yox idi onlardan ayrı şəhərdə.

Neylədi vadidə qayalar yonan

Səmud tayfasına? Ehramlar quran,

Firona  neylədi? Yer üzərində

Onlardan hər biri aşırdı həddi.

Şəhərlərdə fəsad törədilirdi.

Müsibət yağdırdı Rəbbin onlara.

Rəbbin pusqudadır axı həmişə.

Bəs insan? Elə ki Tanrı sınağa

Çəkərək göstərir ona ehtiram,
Deyir: “Bu, Rəbbimdən mənə kərəmdir”.

Və amma elə ki, sınaq xətrinə,
Ölçü təyin edir rizğınə Tanrı,
Deyir: “Rəbbim məni aşağıladı”.

Yox əsla! Əslində elə özünüz,
Yetimlə qılıqlı deyilsiniz siz.

Kasıba çörəyi qızırqanırsız.

İrsi hərisliklə siz yeyirsiniz.

Mala da güclüdür ehtirasınız

Xeyr! Elə ki, yer hamar sərilər

Gələr Rəbbin, gələr səf-səf mələklər,

Gətirərlər o gün Cəhənnəmi də,

İnsan da xatırlar – fəqət nə fayda?

Söyləyər: “Hazırlıq qabaqcadan mən,
Görəydim həyatın kaş bu gününə”.
O gün başqa bir kəs verə bilməyən
Bir cəza alar o, buxovlanar həm.

Sə ey nəhayət ki, rahat olan qəlb!

Rəbbinə dön razı və məmnun indi!
Mənim qullarımın cərgəsinə gir.

Cənnətimə gir!

 

17-18. 09. 2022, Samara