Архив | 11.09.2022

ƏL BURUC SURƏSİNƏ BƏNZƏTMƏ

85_sura_buruj

Bürclərin yiyəsinə — göyə and içirəm mən,
Və həm də vəd edilmiş günə and içirəm mən!
And içirəm şahidə, şahidlik edilənə!

Öləcəklər xəndəyin həndvərindəkilər!

Orda od qalayanlar.

Yığılıb ətrafına oturmuşdular onlar

Görürdülər ki, nələr edilir möminlərə.

Beləcə qisas alıb işgəncə verirdilər,

Həmid, əziz Allaha iman gətirənlərə.

O kəsə ki, həm göyün, həm yerin hökmü onda,

Odur nə var, görən də.

Kim qadınlı-kişili möminləri əzablı

Sınağa  çəkib əgər tövbə eləmədisə,

Yeri cəhənnəmdədir, oddur onun cəzası.

Kim iman gətiribsə, xeyir işlər görübsə,
Cənnətdir onun yeri, ordavar böyük məzə.

Tanrının qəzəbi sərt, cəzası çox ağırdır!

Və başlayan da odur, odur təkrar edən də,

Bağışlayan, sevən də.

Şanlı Ərş də ondadır.

İstədiyini edər!

Çatıbmı qoşunların hekayətləri sənə?

Nə bilirsən Firondan, bir də səmudilərdən?

İman gətirməyənlər inkar edirlər hərçənd.

Əhatəsindədirlər Allahın hər tərəfdən.

Yox, bu, şanlı Qurandır!

Lövhədə qorunandır.

10-11.09. 2022, Samara