Архив | 08.09.2022

ƏŞ ŞƏMS SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

And içirəm günəşə, onun şəfəqinə həm,

Ondan sonra görünən aya da and içirəm.

And içirəm gündüzə — ondan nur yayan zaman,

And içirəm gecəyə — onu qapayan zaman.

And içirəm həm göyə, həm də onu qurana,
And içirəm həm yerə, həm də onu sərənə.

And içirəm ruha və ona nizam verənə,
Ki, insana tanıdıb föhş nədir, abır nə.

Qazanc sahibi yalnız ruhu təmizləyəndir.

Məyus olar ruhunda kim ki, şəri gizlədir.

Və azğın səmudilər ona yalançı dedi,

Qalxdı ayağa onda ən bədbəxti kimi idi.

Bu sözü eşitdilər Allahın elçisindən:

“Bu, Alllahın dəvəsi, bu da ki, dəvə içən».

Saydılar səmudilər sözünü yalan yenə,

Və diz vətərlərini kəsib onlar dəvənin,

Qanını axıtdılar.

Məhv etdi hamısını buna görə Tanrı da,
Qoymadan arada fərq,

Bunun nəticəsindən əsla çəkinməyərək.

 

07.09. 2022, Samara