Архив | 24.09.2022

QURAN ŞEİRLƏRİ: SON SAAT HAQQINDA. 7; 187-188

7-Cİ SURƏ

 Saat barəsində çox soruşan var

Yəni ki, lövbəri haçan atılar.

Söylə: bunu bilən Tanrıdır ancaq,

Və zaman gələndə sirri açacaq.

Ağırdır o, yerdə, səmada həm də,

Sizə yetişəcək gözlənilmədən.

+

Güman edirlər ki, sual verənlər,

Son saat haqqında səndə var xəbər.

Söylə: Tanrımdadır təkcə bu hikmət.

Çoxu insanların anlamır fəqət.

+

De: istəyi yoxsa əgər Tanrımın,

Nə bir xeyrim olar, nə də ziyanım.

Bilsəydim mən əgər sirrini qeybin,

Xeyirlə çox zəngin olardım yəqin,
Qoymazdım şərisə özümə yaxın.

Mənsə yalnız iman gətirənlərə,
Öyüd verənəm və xəbər yetirən.

 

24. 09. 2022, Samara

PROFESSOR HƏBİB ZƏRBƏLİYEVİN DOĞUM GÜNÜNƏ

HƏBİB ZƏRBƏLİYEV

Ad çıxardın sən uşaqkən hələ Salyanda, Həbib!
Sevdi minlər səsini  sonra da Şirvanda, Həbib!

 +

Tərk edib musiqini dilçilyə meyl elədin,

Tanrının vergisi varmış, deməli, canda, Həbib!

 +

Bitirib əzm ilə  Piterdə universiteti,

Elmdə şan da qazandın sən az zamanda, Həbib!

 +

Səy və zəhmətlə açıb xalqa İndoneziyanı,
Dilini yaydın onun Azəribaycanda, Həbib!

 

Çox səfərlər elədin həmçinin avropalara,

Dərsinin feyzini daddı sivil insan da, Həbib!

 +

Sənətə, elmə və tədrisə həvəs səndə ki, var,

Çox çətin ki, tapıla indi min cavanda, Həbib!

 +

Yenə bir gün yolumuz bəlkə də Salyana düşər,
Oturub çay içərik bir sərin eyvanda, Həbib!

 

23.09. 2022, Samara