Архив | Сентябрь 2022

 ƏŞ ŞƏRH SURƏSİNƏ BƏNZƏTMƏ

Məgər açmadıq biz sənin sinəni?

Və belini əyən ağırlığıyla
Yükdən qurtarmadıq məgər biz səni?

Ucaldıb adını salmadıq dilə?

Nə çətinlik ola, həqiqətən də,
Dalınca yüngüllük gəlir, bitəndə.

Və azad olan tək qatıl sən işə,

Və Tanrına doğru yönəl həmişə.

01. 09. 2022, Samara

RUSİYA, 1 SENTYABR

2021 лето

Doğruymuş dediyi Çaadayevin,
Rusiya dünyaya dərs verir yenə:

“Baxın, eləməyin mən eləyəni,
Mən yaşayan kimi siz yaşayın nə”.

 —

Bu güm məktəblərdə çalınan himn,
Top atəşi kimi qulağı dəlir.

İsgəndər, Uraqan,  Qrad tək dinir,
Zəng səsi dərsə yox, hərbə səsləyir.

01. 09. 2022, Samara

ƏT TARİĞ SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Gecə yolçusu və səmadır andım!

Nə biləsən gecə yolçusu nədir!

O, ulduzdur, deşər zülməti, yarar.

Hər kəsin üstündə qoruyanı var

Və insan bilsin ki, yaranmış nədən —

Yaranmışdır axıb tökülən sudan.

Çıxır beldən və döş sümüklərindən

Tanrı qadir onu geri döndərə.

Sınağa çəkilər o gün sirrlər.

İnsanın nə gücü var, nə köməyi.

And olsun yağışlar yağdıran göyə!

And olsun çatlayan torpağa həm də!

Bu Söz ayırandır həqiqətən də!

Və, əlbəttə, bu Söz zarafat deyil.

Onlar böhtan atır, qururlar hiylə.

Onlardan üstünəm mənsə hiylədə

Sən də kafirlərin vaxtını uzat,

Bir az möhlətini onların yubat.

 

30-31. 08. 2022, Samara