Архив по авторам | Xeyrulla Xəyal

MARİNA TSVETAYEVA. BƏXTƏVƏR NƏ QƏDƏR QADIN, KİŞİ VAR…

    MARİNA TSVETAYEVA

                               1892-1941

              Есть счастливцы и счастливицы…

 

Bəxtəvər nə qədər qadın, kişi var,

Oxuya bilmirlər. Onlara qalan

Göz yaşı tökməkdir. Necə şirindir

Dərd leysan yağış tək axıb dağıla

 

Elədə daş altda canlanar nəsə

Bu Tanrı vergisi mənə qamçı tək

Ürək dağlasa da yas hönkürtüsü

Borc mənə buyurur oxuyam gərək

 

Dostunun üstündə Davud oxudu,

Dostunun bədəni parçalansa da.

Orfey enməsəydi əgər Aidə

Özü və səsini yollayardısa

 

Səsi yollansaydı zülmət ölkəyə,

Özü astatanada gözləyərdisə,

Səs kanat olardı Evridikaya,

Qalxardı, yapışıb elə bu səsdən.

 

Elə gözyumulu tutub bu səsdən,

Gedərdi biryolluq, işığa sarı.

Şair, əgər sənə səs verilibsə,
Deməli, alıınıb qalan nə varsa.

 

Yanvar 1935

Ruscadan tərcümə

12-13.11.2016 Samara

+++++++++++++++++

«Есть счастливцы и счастливицы…»

Есть счастливцы и счастливицы,

Петь не могущие. Им —
Слезы лить! Как сладко вылиться
Горю — ливнем проливным!

Читать далее

Запись опубликована 13.11.2016, в tsvetayeva.

MARİNA TSVETAYEVA. PİŞİKLƏR

 

  Maks Voloşinə

          Они приходят к нам, когда
          У нас в глазах не видно боли.

 

Elə ki çəkilir gözlərimizdən

Ağrı-dərd, qucağa girib yatırlar.

Bəla üz verəndə itib-batırlar,

Pişik qəlbi bilməz utanmaq nədir.

 

Özün de, gülməli deyilmi, şair,

Onları öyrətmək evə, divara.

Köləlik qisməti yaddır onlara,

Pişik qəlbi bilməz köləlik nədir.

 

Ha çağır, ha səslə, özünü öldür,

Sığalla, əzizlə, gözünə dön də.

Çırpınıb çıxacaq yenə əlindən,

Pişik qəlbi bilməz məhəbbət nədir.

 

1911

Ruscadan tərcümə

11.11.16 Samara

++++++++++++++++

КОШКИ

Максу Волошину

Они приходят к нам, когда
У нас в глазах не видно боли.
Но боль пришла — их нету боле:
В кошачьем сердце нет стыда!

 

Смешно, не правда ли, поэт,
Их обучать домашней роли.
Они бегут от рабской доли:
В кошачьем сердце рабства нет!

Как ни мани, как ни зови,
Как ни балуй в уютной холе,
Единый миг — они на воле:
В кошачьем сердце нет любви!

 

 

 

 

 

 

 

MARİNA TSVETAYEVA. QARA GECƏYARI GƏLDİM YANINA…

MARİNA TSVETAYEVA

                                    1892-1941

                                             S.E.

                    Я пришла к тебе черной полночью,
                   За последней помощью…

Qara gecəyarı gəldim yanına,

Son kömək ümidiylə.

Əsilsiz-nəsilsiz bir avarayam,

Batası bir gəmiyəm.

 

Vilayətlərimdə — müvəqqətilik,

Rahiblərdə məkr var.

Hər yetən geyinib gəzir şah kimi

Taxtda – itəbaxanlar.

 

Az olub mülkümə  göz dikən məgər?

İçirən qarovulu?

Kim gecəxəlvəti qayırmadı şər?

Durub kəsmədi yolu?

 

Əsil-nəsilsizlər, yırtıcı itlər,

Nəyim varsa, taladı.

İndi, həqiqi şah, boyun əyirəm,

Dilənçi tək qapında.

27 aprel 1916

Ruscadan tərcümə

09.11.16, Samara

++++++++++++++++++

Марина ЦВЕТАЕВА

Я пришла к тебе чёрной полночью,
за последней помощью.
Я бродяга, родства не помнящий,
корабль тонущий. Читать далее

OSİP MANDELŞTAM. MƏTBƏXDƏ OTURAQ…

   

OSİP MANDELŞTAM

                           (1891-1938)

                    Мы с тобой на кухне посидим,

                   Сладко пахнет белый керосин.

 

 

Mətbəxdə oturaq, baş-başa verək,

Kerosin ətrini sinəyə çəkək.

 

 Kömbə çörək də var,  iti bıçaq da,
Doldur primusu qapağınacan.

 

Ya da kəndir gətir yekə bir topa,

Gecə səhərəcən səbət toxuyaq.

 

Sonra da vağzala çıxıb gedək ki,

Axtaran olsa da, tapmasın heç kim.

 

Yanvar 1931

Ruscadan tərcümə

08.11. 16

++++++++++++++++

Мы с тобой на кухне посидим…

Мы с тобой на кухне посидим,
Сладко пахнет белый керосин;

Острый нож да хлеба каравай…
Хочешь, примус туго накачай,

А не то веревок собери
Завязать корзину до зари,

Чтобы нам уехать на вокзал,
Где бы нас никто не отыскал.

Январь 1931

 

 

OSİP MANDELŞTAM. LENİNQRAD

OSİP MANDELŞTAM

                                        (1891-1938)

                LENİNQRAD

               Я вернулся в мой город, знакомый до слёз,
              До прожилок, до детских припухлых желёз…

 

Şəhərimə dönmüşəm, necə tanış, doğmadır,

Körpəyə lap döndərər, körpə kimi ağladır.

 

İndi ki qayıtmısan, tələs, gözüyumulu,

Sahil fənərlərinin sən palıq piyini ud.

 

Bu dekabr günü də sənə yaxşıca tanış,
Yumurtanın sarısı sanki qətrana axmış.

 

Peterburq! Hələ ölmək arzusunda deyiləm,
Telefon nömrələrim səndə qalır, bilirəm.

 

Peterburq! Yaddaşımda neçə ünvanın qalır,

Onlarda ölənlərin səsi yəqin tapılar.

 

Mən qara pilləlkəndə yaşayıram, beynimi,

Suvaqdan qoparılmış zəngin səsi iynələr.

 

Əziz qonaqları mən gözləyirəm gecələr,
Yuxuma qapıdakı zəncirin səsi gələr.

 

Dekabr 1930

 

Ruscadan tərcümə

07.11.2016

Samara

 

ONKOLOJİ ŞÖBƏ

               xərçəngdən ölmüş əzizlərimin

                          xatirəsinə

 

Kim deyib oyundur həyat? Şekspir?

Mahirdi, əlbəttə söz oynatmağa,

İngilis dühası. Hansı oyun? Sirk?

Teatr? Serial – baş aldatmağa?

 

Bəlkə adi qumar ya bəlkə şahmat?

Depüt, mittelşpil və endşpil?

Hansı oyuna da bənzəsə həyat,

Əslində o heç də oyun deyildir…

 

Hanı qaydaları, oyunsa əgər? 

Əgər teatrsa,  rejissoru kim?

Kimdi ağ xalatda gedib-gələnlər?

Onlar həkimdilər? Yoxsa ki, hakim?

 

Dünya teatrdlr — ingilis deyib —

Guya aktyoruq hər birimiz də.

Səhnəyə buranın nəyi bənzəyir?

Oyundur? Axı yox rəqibimiz də…

 

Əgər faciəsə, kimdi yazanı?

Hanı qaydaları, oyunsa əgər?

Əgər teatrsa, rejissor hanı?

Və kimdir ağ xalat geyib gəzənlər…

 

05.11.16

Samara

 

 

 

 

BORİS RIJİY. EVLƏRİN, EVLƏRİN, EVLƏRİN ÜSTDƏ…

   BORİS RIJİY

                      (1974-2001)

                        Над домами, домами, домами
                        голубые висят облака…
 

Evlərin, evlərin, evlərin üstdə,

Sıralanıb qalıb mavi buludlar.

Onları görərik axır nəfəsdə,

Onlar həmişəlik bizimlə qalar.

 

Tavadaş hörülü qüllələr üstdən,

Ağ duman sürünür mavi çalarlı.

İncəyik, möhkəmik biz qranitdən,

Heç zaman heç yanda itib-batmarıq.

 

Çatlayıb qınımız dağılarsa da,

Nizamı itsə də fani həyatın –

Geri dön, gəl məni bağrına bas sən,

Bir yerdə qovuşaq əbədiyyətə.

 

Əgər üz verərsə bizə ayrılıq,

Onda yığıb apar qanadlarında,

Təkcə bəyaz duman mavi çalarlı,

Təkcə bəyaz duman apar sən onda…

1996

Ruscadan tərcümə

03.11.2016

Samara

BORİS RIJİY. İLİYƏ VURUR KÜLƏK…

  • BORİS RIJİY

                (8.11.1974 – 7.05.2001)

 

                       Похоронная музыка
                       на холодном ветру…
İliyə vurur külək,

Dinir matəm havası.

Çiynimə qonur mələk:

Gələr mənim də yasım.

 

Təbillər, nəfəslilər,

Xatırladır son günü,

Yaşamaq həvəslilər

Fikirli, pərt görünür.

 

Şofer öz aləmində,
Tələsir qəbirqüazan

Bəlkə elə məni də,

Məni də aparasız.

 

Böyrü mavi zolaqlı,

Bu sarı avtobusda,

Aparıb tıxayarlar,

Deşiyə qlobusda.

 

Ruscadan tərcümə

 

02.11.16

Samara

ƏRƏBQARDAŞBƏYLİ. APREL, 1961

Gəlib çatmamışdı işıq hələ ki,

Kənddə televizor yox idi onda.

Beş-altı evdəydi radio bəlkə,

Batareyası yox yarısının da.

 

Naxır qabağıydı əsasən o vaxt,

Təzə xəbərlərin yayılan yeri.

Bilinmir kişiydi ya da ki arvad,

Dedi: “göyə çıxıb Yuri Qaqarin”.

 

Palçıq topuğacan, qaloş yamaqlı,

Hər qabarlı əldə söyüd pərdisi.

Çaşırdı deyəsən hamının ağlı,

Heç biri bilmirdi tapıb nə desin.

 

Belə çıxırdı ki, göyə çıxıbsa,

Allahın yanına çıxıb bu insan.

Oranı dolaşıb yaxşı baxıbsa,

Tanrını uzaqdan görüb azından.

 

Kim bilir, bəlkə rus Allahı görüb,
Hökumət deyəcək görməyib amma.

Bəlkə rusu görüb buluda girib,

Hər göyə çıxana görünməz Allah…

 

Ancaq çıxmağına çıxıb rus göyə

Hökumət bu boyda yalan deməz ki.

Bəlkə bundan sonra biz də gün görək,

Göyə köçürərlər kəndi də bəlkə…

 

Bəlkə hissə-hissə, bəlkə də birdən,

Yığıb apararlar bizi kosmosa.

Olsa, orda olar Xruşşov deyən,

Yəni ki, ürəyin nə arzularsa…

 

Bura cəhənnəmdir, bura türmədir,

Yarıac yaşadıq, palçığa batdıq.

Göydə adam kimi ömür sürərdik,

Yaşardıq Allahın qanadı altda…

 

Kasıb, balaca kənd, gözdən həm uzaq,

Uzaq səhiyyədən, uzaq elmdən.

Kommunizm qabağı qıt idi ət, yağ,

Yox idi fizika müəllimi də.

 

Kosmik fəza nədir yox idi bilən,

Yerin cazibəsi, orbiti nədir.

Nə gedən olmuşdu, nə ordan gələn,

Təlaş qarışırdı ümidlərinə…

 

Kür həminki kimi axıb gedirdi

Pambıq cücərirdi yaxın tarlada

Günəş qızarırdı  həminki yerdə,

Heç nədə bir nişan yoxdu Tanrıdan…

28-30.10.2016

Samara

NİNA İSKRENKO. BİOQRAFİK SKETÇ-2

NİNA İSKRENKO

    BİOQRAFİK SKETÇ-2

           Первый муж был алкоголик

          а последний сутенер

 

İlk ərim alkoqolikdi,

Sonuncuysa sutenyor

Aradasa elə dəhşət

Yada salmaq ağırdı

 

Doğma anaydı ər mənə
Sonra doğma dədəydi
Geyinib gəldim yanna,

Yanında da çarpayı.

 

Xarakiri etdi mənə

Xaçapuri və pirke

Getdi daban əlli altı

Yasa batdım mən yenə

 

Başı batmış günü qara,

Bütün şənbə ağladım

Təzə işə düzəlməyə
Sonra yazdım ərizə

 

Nə olubsa yazdım yəni

Hər iş gəlir əlimdən

Yazdım

Yapışdırdım alnıma

 

İlk ərim nəzəriyyəçi,

Qurumsaqdı sonuncu.

Neynim ki mən insanları

Heyran edə bilirəm

 

Ruscadan tərcümə

26.10.2016

Samara