Mandelştam. Arıq, ağ çiyinlərin…

Osip MANDELŞTAM

Твоим узким плечам под бичами краснеть…

 

 

Arıq ağ çiyinlərin qamçıdan qızarmalı,

Qamçıdan qızarmalı, şaxtadan közərməli.

 

Xırda uşaq əllərin ağır ütü çəkməli,

Ağır ütü çəkməli, toxumalı tikməli.

 

Yalın gül ayaqların şüşə üstdə gəzməli,

Şüşə üstdə gəzməli, yoluna qan sızmalı.

 

Mənə qalan – səninçin qara şam kimi yanmaq,

Qara şam kimi yanmaq, dilsiz dözüb dayanmaq.

 

Fevral 1934

Tərc.: 26.12.2012

Оставьте комментарий