
Fumée
Hardasa yaxında ağaclar altda,
Qozbel daxma qaralır,
Damı əyilibdir, divarı çatlaq,
Kandarı basıb mamır.
+
Pəncərəyə əski basılıb, ancaq,
Qışda ağızdan buxar
Çıxaraq havada görünən sayaq,
Bacadan tüstü çıxar.
+
Tüstüdən yaranma bir ağızaçan,
Göy şırnaq tək qıvrılar.
Bu zülmət komanın əsiri ruhdan,
Söz aparar Tannrıya.
Fransızcadan tərcümə
22.09. 2018
Samara