FRANCISCAE MEAE LAUDES[i]

бодлер

Franciscae meae laudes

 

Mən təzə nəğmələr deyərəm sənə,

Ey cavan maralım, rəqs eləyirsən,

Mənim ürəyimin təkliyində sən.
Tərtəzə çələnglə bəzənsin alnın.

Ey incə qadın,

Məim kimilərin günah yuyanı!

 

Sanki səxavətli Leta suyusan,

İçirəm mən sənin şirin busəni,
Ötürsən maqnitin cazibəsini.

Sən gəldin xilaskar bir ulduz kimi,

Ağır fəlakətə yaxınkən gəmi…

Götür mehrabına sən ürəyimi!

 

Ləyaqətlə dolu  hovuzsanmı sən
Ya əbədi gənclik fəvvarəsisən?

Hökm elə yenidən açılsın səsim!

 

O zaman ki günah qasırğaları,
Süpürdü yolları və çığırları,
İlahə, biz gördük sən xilaskarı

 

Natəmiz olanı oda qaladın,
Kobud nə vardısa, sən hamarladın,

Sağaldı, bərkidi xəstə olan da.

 

Ac bir yolçuyamsa, karvansarasan,
Qaranlıq gecəmə işıq salırsan.

Məni haqq yoluyla daim apar sən.

Ver mənə gücündən, bərkisin canım,
Suları mülayim, məlhəm hamamım,

Ətrafa xoş, şirin ətir yayanım!

Çanağım üstündə daim işıqlan,

Dualı, serafik suya salınan,
Mənə sədaqətlik kəməri olan!

 

Qiymətli daşlarla parıldayan cam,
Dadlı-duzlu  çörək və ləziz təam,
İlahi şərabım, ah, Fransiskam.

 

Şeir latınca orijinalından tərcümə edilib

29-30.08. 2018

Samara

[i] Mənim Fransiskamın tərifi (latınca)

Реклама

KƏŞFLƏR, BİLİKLƏR GÜNBƏGÜN ARTIR…

KÜRÜN ÜSTÜ

Kəşflər, biliklər günbəgün artır,

Artır günbəgün də bilmədiklərim.

Başım, ha sındıram, anlamır artıq,

Ayağı biləni indikilərin.

 

Teleşəkillərin, telesəslərin,

Bilmirəm nə yolla yarandığını.

Mobil rabitənin prinsipləri,

Mənə, ha öyrənəm, qaranlıq qalır.

 

Adi hesab deyil indi rəqəmlər,

Bəs nədir? – Bu haqda yox təsəvvürüm.

İşi, idarəsi peyklərin də,

Mənə aydın olmaz, həsr edəm ömrü.

 

Aydan, ulduzlardan məlumatım az,

Ordan o yananı hələ demirəm.

Təhsilim yarımçıq, düşüncəm dayaz,

Yaşla əlaqəli geriləmələr…

 

Dünən bildiklərim çıxır yadımdan,

Yadımda qalanlar gümandır ancaq.

Bilmirəm hardayam, kiməm, hayandan,

Kimçinəm, neyçinəm və haçanacan.

 

Görəndə elmli indikiləri,

Düzü, utanıram nadanlığımdan.

Bircə təsəlli var: ən ümdə sirri,

Heç zaman, heç kimə demir yaradan…

                                                              21-25avqust 2009, Ərəbqardbəyli