POL VERLEN. ÖLÜM

verlain-19

  La mort

Necə ki, biçinçinin kor orağı doğrayır,
Peyğəmbərçiçəyini, vəhşi qanqala qatıb,
Necə ağır qurğuşun od yayır şığıyaraq,
Üzr də diləmədən ürəyinizə batır;

 

 

Eləcə müdhiş ölüm əjdaha yəhərləyib,
İnsanlar arasından keçir ildırım kimi

Oda yaxır, sarsıdır qabağına gələni,
Ağımtıl əllərində yellədərək çinini.

 

Varlı, kasıb, gənc, qoca, itaətdədir hamı,
Onun səltənətinə; bu monstr yol edir,
Hər öləri qəlbinə, caynağı iti vanmpir!
Uşaqların zalımı, əsil qanlı canidir.

 

 

Sakit, qürurlu qartal, başının üstdə nə vaxt,
Görərkən pərvazlanır bu qaraquş səmada,

Bir ikrah (əlbəttə ki, qəzəbdən artıq ikrah),

Doğulur ürəyində, nəcib düha, o anda?

 

 

Nə ölüm, nə də ölüm qorxusunu sayaraq,
Hüqo, sən acıyırsan hüznlü məğlublara;

Yaxşı bilirsən haçan yaş axıtmaq yeri var,
Sıradan gedənlərə bir neçə isti damla.

 

Fransızcadan tərcümə

21-22.11. 2018

Samara

Реклама