Саша Черный
В детской
— Seryoja! Oxudum ki, atamın əsərində,
Bizim bu yer kürəsi suda üzür sən demə,
Necə ki, klyotskalar sup kasasında üzər.
Müdrik Fales qədimdə belə təlim edərdi…
— Cəfəng şeydir sən deyən! –
İnamla uşaq səsi cavab tək buna dindi:
Sən öz alimliyinlə, Pavluşka, gözə girmə.
Yəqin sənin Falesin elmdə qanmır heç nə,
Falesdən ağıllıydı əmim, deyərdi mənə,
Bu yer kürəsi… qanda üzür yeddi min ildir!
1908
Ruscadan tərcümə
17-18. 03. 2019, Samara