CORC QORDON BAYRON. “QƏLBİM ZÜLMƏT İÇİNDƏ…”

Qəlbim zülmət içində — köklə, ah, tez arfanı,

Musiqi dinləməyə hələ ki, qalmış həvəs.

Dilləndirsin simləri qoy incə barmaqların

Ürəyimi oxşasın ucalan hər şirin səs.

—

Bu ürəkdə hələ də ümid əgər qalırsa,
Məftun edib oyadar sənin arfan səsiylə.
Bu gözlərdə gizlənib qalan yaş hələ varsa,
Axıb gedər, yandırmaz beynimi indən belə.
—

Bir gərginlik yarat ki, çılğın olsun, həm dərin,

Sevinc notlarını mən istəmirəm eşitmək.

Ağlamaq istəyirəm, açıq deyim, müğənni,
Yoxsa partlayacqdır dolub tutulmuş ürək.

—

Çünki onu əzəldən bəsləmiş iztirablar,
Ağrıyıb uzun zaman yuxusuz, için-için.

İrəlidə dadmalı bundan ağır əzab var,

Birkərəlik qırılsın, ya nəğməylə yenilsin.

1815

ingiliscədən tərcümə

30-31. 10. 2021, Samara

=======================

GEORGE BYRON

MY SOUL İS DARK

My soul is dark — Oh! quickly string

     The harp I yet can brook to hear;

And let thy gentle fingers fling

     Its melting murmurs o’er mine ear.

—

If in this heart a hope be dear,

     That sound shall charm it forth again:

If in these eyes there lurk a tear,

     ‘Twill flow, and cease to burn my brain.

—

But bid the strain be wild and deep,

     Nor let thy notes of joy be first:

I tell thee, minstrel, I must weep,

     Or else this heavy heart will burst;

—

For it hath been by sorrow nursed,

     And ached in sleepless silence, long;

And now ’tis doomed to know the worst,

     And break at once — or yield to song.