COME İN
Mən meşəyə çatan anda,
Ötürdü qaratoyuq.
Həndəvərim toranlıqdı,
İçdə işıq ucu yox.
Oxusa da bu zülmətdə,
Asan deyil silkinə
Gecə gözü budaq üstdə,
Rahatlaya yerini.
Günbatarda yanan-sönən,
Bu son zəif şölələr.
Daha bir quş nəğməsinə,
Can verməyə bəs elər.