Архив | 25.12.2012

F. Tyütçev. DÖŞƏMƏ ÜSTDƏ…

F.İ TYÜTÇEV

Döşəmə üstdə  elə çömbələrək,

Bir qalaq məktubu yığıb önünə,

Və onları soyumuş bir kül tək,

Götürərək bir anlığa, atırdı yenə.

Tanış vərəgləri bir-bir alaraq,

Elə qəribə baxırdı ki, deyəsən,

Tərk edib getdiyi bədənə baxar,

Beləcə yəqin ruh yüksəkdən.

Vardı burda nə qədər, ah, yəqin,

Yaşanılmış- yanmış ömr əsəri.

Qətlə yetmiş fərəhin, həm eşqin,

Nə qədər, ah, acı dəqiqələri…

Dayanıb bir kənarda səssizcə,

Diz üstə çökməyə də hazırkən,

Məni dəhşət və qüssə aldı, necə,

Yanımdakı bu sevimli kölgə.

1858

Y. Baratınski. GİLEY

Y. BARATINSKİ

Çatır vüsal günü, əziz dostum,,

Nə yaxındır görüış günü, nə yaxın.

Bəs nədən yox könüldə çırpıntı,

Söylə, bu intizar odu bəs hanı?

Nədən gileylənim? Fəqət bəlkə,

Gec sovuşdu kədərli günlər də.

Sevincimə qarışır güssə hər an,

Şöləsindən ürəkdə yanmır həvəs.

Bu xəstə ruhu incidib mən əbəs,

Edirəm səy ki, ümid oyadam.

Taleyin xoşqılıq təbəssümü də,

Verməyir heç mənə könlümcə səfa.

Sanıram bəxtəvərliyim bir səhv,

Və yaraşmır mənə bu şadlq da.