Robert FROST DÜZƏNDƏ

            (İN A VALE)

 

Cavandım, bir düzdə yaşardıq. Yaxın

Dumanlı bataqlıq dinirdi gecə.

Gələr, bilirdim ki, bir ağüz xanım,
Qaldırıb qamışa ilişən donun,

Mənim pəncərəmdən işıq düşüncə.

 

Vardı bataqlıqda neçə cür çiçək,

Çöhrəsi ayrıydı hər çiçəyinsə.

Bayırda zülməti sızıb keçərək,

Çiçəklər girərdi otağa tək-tək,

Burda hər birinin öz yeri, səsi.

 

Hər gecə dumanla gəlirdi onlar,

Söz-söhbət gətirib özləri ilə,

Keçən əhvalatlar, indi olanlar –

Tənha adamdasa elə təşnə var,

Dinləyir ulduzlar öləziyincə.

 

Sonra ağırlaşıb şehlə, tələsir,

Onlar qayıdırdı. O özgə yerdi.

Orda quş doğulur uçuş həvəsli,

Orda çiçək bitir ətir nəfəsli,

Orda quşla çiçək eyni və birdir.

 

Beləcə öyrəndim niyə çiçəyin,

Ətri var, quşunki niyə nəğmədir.

Sadəcə soruşun, hər şeyi deyim.

Orda yaşadığım, yox, nahaq deyil,

Səhərəcən nəğmə dinləməyim də.

Оставьте комментарий