
She Walks in Beauty
Ulduz dolu göyünə bulud yaxın düşməyən,
Ölkənin gecəsidir sanki bu gedən gözəl;
Zülmətin və işığın nəyi varsa ən qəşəng,
Çöhrəsində qovuşub onun, gözlərində də,
İncə işığa bunlar yatır elə möhtəşəm,
Bayram gününə bəlkə tanrı bunu əsirgər.
Bircə kölgə çox ola, bircə şölə azala,
Yarısı itib gedər bu ilahi nemətin.
O nədirsə, zil qara saçında dalğalanar,
Zərifcə işıqlanar onunla üzü bütün.
Orda duyğularının ifadəsi var şirin,
Necə təmiz, sevimli yuva tapıblar onlar.
Onun yumşaq, mülayim, fikirlə ancaq dolu
Alnında, çöhrəsində qönçə kimi açılan
Çiçəklənən gülüşlər, yanaqlardakı alov,
Danışır nəcib, xeyir işlə keçən zamandan.
Hamıya və hər kəsə, deyir mehribandır o,
Saf və təmiz sevgidir ürəyində yurd salan.
İngiliscədən tərcümə
08-10. 07. 2019
Samara
She Walks in Beauty
She walks in beauty, like the night
Of cloudless climes and starry skies;
And all that’s best of dark and bright
Meet in her aspect and her eyes;
Thus mellowed to that tender light
Which heaven to gaudy day denies. Читать далее