TO ANNE
1.
Ah, Enn, sən mən elə incidib yaraladın,
Yatmaz hirsim, deyirdim,, diləsən də üzr sən.
Fəqət Qadın yaranıb hökm edə və aldada —
Günahından keçirəm baxan kimi üzünə.
2.
Düşündüm sənə daha çətin hörmətim qala,
Uzun göründü hərçənd bir günlük ayrılıq da.
Görüşəndə istədim çəkəm sorğu-suala,
Gülümsədin, inandım şübhələrim nahaqdır.
3.
And da içdim, coşaraq qeyziylə cavanlığın,
Sənə nifrət eləyim canda ki hələ can var
Çevrildi, səni gördüm, qəzəbim heyranlığa,
Arzum yenə eşqini qazanmaqdır indi, yar.
4
Qarşı durmaq əbəsdir gözəlliyinə sənin,
Diləyirəm lütfünü həqiranə onunçun.
Səmərəsiz bu nifaq istəsən ki, kəsilsin,
Soyusam səndən, Ennim, saxta ol, yabançı ol!
1807
İngiliscədən tərcümə
16-17. 07. 2019, Samara
TO ANNE
1.
Oh, Anne, your offences to me have been grievous:
I thought from my wrath no atonement could save you;
But Woman is made to command and deceive us—
I look’d in your face, and I almost forgave you. Читать далее