NİKOLAY ZABOLOTSKİ. UĞURSUZ İNSAN

Заболоцкий_Николай_Алексеевич

Неудачник

Üstündə qızıl qum laylanıb qalan,
Adamsız, hənirsiz yol qırağıyla,
Nədir dolaşdığın belə qayğılı,
Qüssədən bütün gün ölüb az qala?

 

 

Qocalıq yekəgöz ifritə kimi
Qoca ağsöyüdün durub dalında,

Səhərdən bu koldan o kola girir,

Fikri-zikri sənin hər addımında.

 

 

Sərin gecələrdə, yadına bir sal,
Həyatın qızaraq mübarizədə,
Incə qız əlləri, soyuq qanadlar
Çiyninə endirdi və əzizlədi.

 

Üzgün və diqqətli, sevimli baxış,
Axıtdı qəlbinə gur işığını.

Sənsə ayıq, ciddi işlədib başı,
Qayıtdın yenidən öz cığırına.

 

 

 

Yaxşı yadındaydı bu köhnə qayda:
Həyatda həmişə get ehtiyatla.

Ancaq ehtiyatlı fəlsəfə qoydu,

Sənin həyatını keçilməz yola.

Ömrün tənhlıqda ötüşdü elə,

Burdaca, kəndinin künc-bucağında.

Olmadı adını-sanını bilən,

Ali məclislərə çağırılmadın.

 

 

 

Öz dərin ağlını sərf elədin sən,
Hansısa işlərə, itirdin anı,

Bozardı, ağardı, yox oldu birdən
Surəti, mirvari kimi yananın.

 

Sal beyin-başını indi qaydaya,

Dəli fikirləri gizlət içində.

Bax, keçisöyüdü gölgəsi altda,
Öz qocalığındır sənə gülən də.

 

 

 

Getdiyin yol deyil, yol qırağıydı,
Yox, sən öz yolunu tapa bilmədin.

Dain ehtiyatlı, həm də qayğılı —
Nə üçün, məqsədin axı nə idi?!

 

Ruscadan tərcümə

01-02.07. 2019

Samara

 

НЕУДАЧНИК

По дороге,  пустынной обочиной,
Где лежат золотые пески,
Что ты бродишь такой озабоченный,
Умирая весь день от тоски?

Читать далее

Реклама