
To Emma
Beləcə qapını aldı ayrılıq,
Tərk edib gedirsən qayğılı yarı.
Bəxtəvər yuxudan daha ayıldıq.
Qalan, mənim körpəm, yalnız ağrıdır.
+
Zülmü bu ağrının, əfsus, öndədir,
Çox ağır olacaq, heyf, bu ağrı.
Ən əziz olanım əl üzüb gedir,
Naməlum, uzaq bir elə yollanır.
+
Nə qəm! Yaşamışıq xeyli gözəl an,
Seinc də duyarıq hər ağlayanda;
Uşaq vaxtı bizə sığıncaq olan,
Qədim qalaları yada salanda.
+
Qotik çərçivəli pəncərələrdən,
Baxardıq çəmənə, gölə və parka.
Yaş tutur gözləri, fəqət yenə də,
Elə bil o uzaq yerlərə baxar.
+
O tanış çöllər ki, qoşa qaçardıq,
Doymazdıq uşaqlıq oyunlarından.
O kölgəliklər ki, düşərdi başın
Orda sinəm üstə, sən uyuyardın.
+
Sənə heyranlıqdan unutdum da mən,
Gərək mığmığanı qorxudam, qovam.
Hər cücü qısqanclıq doğurdu hərçənd,
Xumar gözlərinə toxunan zaman.
+
Gözüm önündədir rəngli qayıq da
Gölü səyahətə çıxardıq hərdən.
Parkdakı qarağac uca qalaydı,
Eşqinlə qalxardım zirvəsinəcən.
+
Ötdü o vaxtlarla sevincimiz də,
Gedirsən, qalıram, qalır xoş məkan.
İndi o yerlərə gərək tək gedəm,
Sənsiz orda nə var ürək oxşayan?
+
Başına gəlməyən nə bilir nədir,
Ağrısı-əzabı son ağuşların?
Elə ki, sevgilin ayrılıb gedir,
Ruhunu sarsıdan boran başlanır.
+
Budur yanaqları yaşla isladan,
Bu bizim dərdlərin ən dərinidir.
Son dəfə yarını bağrına basdın –
Tanrım, bu əlvida necə şirindir!
İngiliscədən tərcümə
14-15.07. 2019, Samara
To Emma
Since now the hour is come at last,
When you must quit your anxious lover;
Since now our dream of bliss is past,
One pang, my girl, and all is over. Читать далее