UİLYAM BATLER YEYTS. İRLAND TƏYYARƏÇİ ÖLÜMÜNÜ ÖNGÖRÜR

YEATS

Görüşərəm haçansa taleyimlə, nəhayət,

Buludlar arasında, göy üzündə, hardasa.

Döyüşdüyüm kəslərə yoxdur içimdə nifrət,
Eləcə də sevmirəm kimi qoruyuramsa;

—

Mənim ata ocağım Kiltartan Krossdadır,

Kiltartan kasıbları yurddaşlarımdır mənim,

Artmaz səfalətləri bu hərb necə bitsə də,

Eləcə yaxşılaşmaz güzəranları yəqin.

—

Nə borcdur, nə də qanun məni döyüşə atan,
Nə kütlə təntənəsi, siyasətçi nitqi ya.

Bircə anda yaranıb damarda qan qaynadan
Nəşə aparır məni buludlarda qovğaya;

—

Hər şeyi ölçüb-biçib düşündümsə hər necə,

Məna görə bilmədim öndəki illərdə mən,

 Arxada qalan illər mənasızdı eləcə,

Hər şey eyni, həyatın fərqi yoxdu ölümdən.

1919

ingiliscədən tərcümə

02-03.04. 2022, Samara

++++++++++++++++++++++

William Butler Yeats

An Irish Airman Foresees His Death

I know that I shall meet my fate

Somewhere among the clouds above;

Those that I fight I do not hate

Those that I guard I do not love;

—

My country is Kiltartan Cross,

My countrymen Kiltartan’s poor,

No likely end could bring them loss

Or leave them happier than before.

 —

Nor law, nor duty bade me fight,

Nor public man, nor cheering crowds,

A lonely impulse of delight

Drove to this tumult in the clouds;

—

I balanced all, brought all to mind,

The years to come seemed waste of breath,

A waste of breath the years behind

In balance with this life, this death.

(1919)