UİLYAM ŞEKSPİR. 88-Cİ SONET

Sonnet_88_1609.jpg

                          When thou shalt be disposed to set me light…

Görsəm ki, salaraq məni gözündən,

Mənə güldürürsən başqalarını,

Andpozan olsan da, yenə özümlə,

Sənin tərəfində mən vuruşaram.

+
Öz günahlarımı yaxşı bilərək,

Danışa bilərəm sənin yerinə,

Elə işlərimdən, eşidən gərək,
Məni atdığına səni bəyənə.

+

Qəlbimin səninlə bağlılığından,
Mənim də qazancım olacaq hökmən.

Özümə vurduğum bütün bu ziyan,
Sənə xeyirdirsə, bəxtəvərəm mən.

+

                         Mən sənə eşqimlə sənin kölənəm,

                          Hazıram nə günah olsa, yüklənəm.

İngiliscədən tərcümə

15.03.2018

Samara