AND YERİ… SÖYÜŞ YERİ…

Bizim xalqda hər qəbir,

Qoruqlu və qayğılı.

Toxunulmaz bilinir,

Müqəddəs də sayılır.

 

 

And içirik, üz tutub,
Öpürük başdaşını.

Quran oxutdururuq,
Üstündə vaxtaşırı.

 

 

Söyür qəbri həmin dil,

Xalqımın ağzı qızcaq.

Özününkünü deyil

Özgəninkini ancaq.

 

 

 

Qoca qəbri söyülür,
Söyülür cavan gedən.

Bala dərdi söyülür,
Söyülür hətta kəfən.

 

 

 

 

Söyüşcülün dilində,
Yeddi arxan adlanar.

Elə bil ki, əlində,
Mötəbər siyahı var.

 

 

 

Tək-tək adamlar sayaq,
Xalqlar da eyiblidir.
Söyüş söyən, qarğıyan,
Tək bizim xalq deyildir.

 

 

 

Bizdən başqa, öləni —
Cavan ya da ixtiyar —
Qəbri, hətta kəfəni,
Söyən varmı? Harda var?

 

 

Qəbir  söyən…Desən ki,
Orda Quran oxunur,

Söyər Quranı bəlkə…
Tanrıya da toxunar…

 

21.06. 2019

Samara

Реклама