Robert FROST. TORPAĞA QAYIDIŞ (TO EARTHWARD)

Nə şirinmiş dodaqda

Sevgi – can üzülürdü;

Ayrılmışdım torpaqdan

Mən havada üzürdüm.

 

Yan-yörəm şirin-şəkər.

Axşamlar təpəlikdə

Hansı gizli çeşmədən,

Müşk axıb tökülürdü?

 

Sevda dolu qoxudan
Baş hərləndi, ağrıdı.

Barmağıma axanda,

Şeh ardıc yarpağından.

 

Gənc idim, şirinlikdən,

Bədən xumarlanırdı.

Bir ləçək ilişəndə,

Qızarır, qanayırdı.

 

Deyil sevincin acı,

Qəlb daha. Ağrı dadı

Verməyən duz möhtacı.

İstərəm duyum-dadım,

 

Sevdanın axıtdığı

Göz yaşı ləkəsini.

Qabıq acısı, yanıq

Mixək dadı xoş mənə.

 

Çəməndə ya qum üstdə,

Uzanaram qoyaraq,

Başımı qolum üstdə —

Qol keyiyər, ağrıyar.

 

Azdır hələ bu ağrı,

Bir qüvvə arzularam

Duya biləm torpağı,

Bütün əzalarımla.

 

 

 

Оставьте комментарий