
As fast as thou shalt wane, so fast thou growest...
Necə tez artırsa qanından olan,
Sən də eləcə tez solub gedirsən.
Övlad damarında qaynayırsa qan,
Qanın soyuyanda özünkü say sən.
+
Budur həyat, hikmət, budur gözəllik,
Yoxsa ağıl gedər, qocalıq gələr.
Hamı sənin kimi seçərsə təklik,
İnsan nəsli bitər altımış ilə.
+
Övladsız qoy ölsün vəhşi, eybəcər.
Kimin ləyaqəti yoxsa artıma,
Kimə səxavətlə Təbiət verər,
Qoruya payı o gərək, artıra.
+
Möhür tək yaratmış səni təbiət,
Nümunən yaşaya, yarana surət.
İngiliscədən tərcümə
21.12.2017
Samara