Архив | 27.12.2017

BİLMƏDƏN VƏTƏNİ İTİRMİŞƏMSƏ…

Haramız ağrısa, elə gəlir ki,

Bizi öldürəcək elə bu ağrı.

Ağrılı dişimiz çəkilən kimi,
Bizə bu dünyanı bağışlayırlar.

 

Ürəyin ağrısı qorxudur bizi,

Qorxuruq başımız ağrıyanda da.

Gözü üzvlərin bilib əzizi,

Ağrısa, divara dırmanarıq da.

 

Vətən ağrısı var… ağrıdır bu da

Tutanda bilmirsən haran ağrımır…
Birdən itib gedir həyatın dadı,

Səmada zəhrmar, yerdə zəhrmar…

 

Haçandır çəkilib gedib bu ağrı,

Canımda, başımda yoxdu əsəri.

Vətən ayrılığı kəsib-doğramır,

Daha ürəyimi nə vaxtdan bəri…

 

Ağrıyan yerim yox, amma nədənsə,
Təlaş içərimi bürüdü birdən.

Bilmədən Vətəni itirmişəmsə,

İtkimin fikridir məni öldürən…

 

27.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 15-Cİ SONET

shakespear

When I consider every thing that grows…

 

Görəndə böyüyən, canlı  nə varsa,

Kamillik yaşayır bircə anlığa,

Dünya nəhəg səhnə, tamaşadasa,

Hər şey ulduzların hökmünə bağlı.

 

Görəndə bitki tək boy atır insan,

Göy də gah soyudur, gah da isidir.

Şöhrətə can atır qaynadıqca qan,

Qocalıq gələndə ölür həvəs də.

 

Onda anlayıram bu gəldi-gedər
Həyatda gənclikdir sənin sərvətin.

Zamanla fənalıq mübarizədə,

Çevrilə gündüzün qara zülmətə.

 

           Dost, mən də girmişəm həırbə zamanla.

           Şerimdə qalacaq, nə səndən ala.

 

İngiliscədən tərcümə

26-27.2017

Samara