Идёшь на меня похожий…
Gözlərini endirib,
Gedirsən, mənə oxşar!
Mən də elə gedərdim,
Yolçu, dayan, sözüm var!
Lalə yığ qucağına,
Bir də qaymaqçiçəyi.
Oxu – adım Marina,
Oxu – yaşım neçəydi.
Düşünmə ki, qəbirdən,
Çıxıb od qopararam.
Mən özüm çox gülərdim,
Gülmək olanda haram!
Bir saplaq qopar, iylə,
Sonra giləmeyvə dər.
Məzarlıq çiyələyi,
Ən şirin, ən iridir.
Başını əyib ancaq,
Dayanma qaşqabaqlı.
Sən məni yüngülcə an,
Sonra eləcə boşla.
Beynimə qan vurardı,
Dalğalanardı saçım.
A yolçu, mən də vardım!
Ayaq saxla, a yolçu!
Şüa səni boyayıb,
Qızıl toz içindəsən.
Halını pozmasın qoy,
Məzardan gələn səsim.
Koktebel, 13 may, 1913
Ruscadan tərcümə
30 dekabr 2017
Samara