Архив | 29.12.2017

UİLYAM ŞEKSPİR. 17-Cİ SONET  

shakespear

                     Who will believe my verse in time to come…

 

Səni vəsf eləsəm şeirlərimdə, 

Kimi gələcəkdə inandıracaq?                              

Mənim əsərimdə görünər hərçənd,           

Ləyaqətlərinin yarısı ancaq.

 

Yazsam gözlərinin gözəlliyini,

Desəm səndə hansı cazibələr var,

Bir vaxt söyləyərlər “həqiqət deyil –

Yalnız mələklərdə belə üz olar!”

 

Saralmış kağızda şeirlərimə,
Naqqal qocalar tək inanmaz heç kim.

Uydurma sayarlar dəyərlərini,

Ya da ki, deyərlər mahnıdır qədim.

 

                Olsaydı o zaman ancaq övladın,

               Şerim yaşadardı səni,  həm də o.

 İngiliscədən tərcümə

29.12.2017

Samara