Архив | 24.12.2017

             UİLYAM ŞEKSPİR. 13-CÜ SONET

shakespear

               O, hat you were yourself! but, love, you are …

 

Sən sənin olaydın! əzizim, amma,

Sən sənin deyilsən bitcək həyatın.   

Hazırla özünü qaçılmaz sona,

Səndə gözəl nə var, alsın övladın.

 

Səndə bu gözəllik müvəqqətidir,

Yararsız qalarsa, məhv olub gedər.

Amma yaranarsa törəmən indi,
Surətin özündən sonra ömr edər.

 

 Kim qoyar gözəl ev uçub-dağıla? —

Düşər səliqəyə səy edilərsə.

Ona bata bilməz qışda qasırğa,

Ölüm soyuğuyla lap didilərsə.

 

       Əziz dost, atadır səni yaradan,

       Bir gün ata olsun sənin də adın.

ingiliscədən tərcümə

24.12.2017

Samara