ANNA AXMATOVA
Кого когда-то называли люди…
Haçansa rişxəndlə “çar” çağırılan,
Ancaq tanrı olub öldürülənin,
İşgəncə aləti kimi anılan,
Xaç qızır oduyla sinəmin indi.
İsa şahidləri ölüm daddılar
Əsgərlər, qeybətçi dul qarılar da.
Öldü Ponti Pilat, getdi kim, nə var.
Orda haçansa ki, tağ ucalırdı,
Qayalar qaralır, coşurdu dəniz,
Şəraba qatılıb içildi onlar.
Uduldular çiçək qoxulu tozla.
Qızılı pas basar, polad çürüyər,
Mərmərsə ovular – ölür yaranan.
Dünyada hər şeydən davamlı – kədər,
Və şahanə Sözdür əbədi olan.
1945
Ruscadan tərcümə
02.12.2017
Samara