Архив | 03.12.2017

ANNA AXMATOVA. «DÖYÜŞ DASTANLARI NƏYİMƏ GƏRƏK…»

Anna_Axmatova.jpg

ANNA AXMATOVA

                   Мне ни к чему одические рати…

 

Döyüş dastanları nəyimə gərək,

Sevmirəm hüsznlü hoqqaları da.

Yersiz ola gərək şeirdə hər şey,

Adamlardan fərqli, bilməyə qayda.

 

 

Hardan biləsiniz hansı zibildən,

Utanmaq bilmədən şeirlər çıxır,

Zəncirotu kimi hasar dibindən,
Ya pıtraq, çayır.

 

Acıqlı qışqırıq, qətran qoxusu,
Sirli kif örtüyü ya da divarda –

Artıq şeir dinir, incə və coşqun,

Məndə də, sizdə də sevinc  yaradır.

21.01.1940

Ruscadan tərcümə

03.12.2017

Samara