
Who is it that says most, which can say more…
Daha yaxşı deyən görən olarmı
Bu zəngin tərifdən: sən elə sənsən –
Bütün gözəlliklər səndə toplanıb,
Yaranmır hələləik bərabərinsə.
Kasıbdır o qələm əgər verməsə,
Yazdığı mövzuya azca təmtəraq.
Səndən yazan desə “sən elə sənsən”,
Şerinin dəyəri, hörməti qalxar.
Səndə olduğu tək köçürsün elə,
Təbiətin gözəl yaratdığını.
Adı bu surətlə onun yüksələr,
Üslubu heyrətə salar hamını.
Tərif aşiqisən, bunu hər bilən,
Bir tərif uydurur sənə xoş gələ.
İngiliscədən tərcümə
11-12.03.2018
Samara