
Obsession
Məbədlər tək, meşələr, qorxudursunuz məni,
Sizdə orqan harayı; lənətli ürəklərin
Yaslı hücrəlrində qədim nalələr dinir,
Sizin De profundis[i]-ə əks-sədalar kimi
Rəzil fırtınaları sərhədsiz okeanın,
Mənim də ruhumda var; hönkürtüylə, küsüylə
Dolu acı gülüşü yenilmiş bir insanın,
Çatır qulaqlarıma dənizin gülüşüylə.
Ah, necə xoşsan, gecə! Ulduzlar olmaynda —
Tanış dillə danışar onların işıqları!
Axtarıram mənsə lüt zülməti, boşluqları!
Toranların özü də fəqət elə kətandır,
Canlanar orda mənim gözlərimdən sıyrılan,
Çoxdan itib-gedənlər tanış baxışlarıyla.
Fransızcadan tərcümə
12-13.07. 2018
Samara
[i] “De profundis” – Zəburda 129-cu psalom