Robert FROST BOŞLUQLAR (DESERT PLACES)

     

Düşür qar qarışıq gecə, düşür, ah!

Gedir sanki çöllə keçmiş, axaraq.

Ağ örpək sərilir göz işlədikcə,

Kol-kos orda-burda görünür ancaq.

 

Meşələrsə durur həmin cəlalda.

Vəhşilər uyuyur mağaralarda.

Elə düşgünəm ki, bilmədim haçan,

Təklik qanadları altına aldı.

 

Bu təklikdə isə elə durum var,

Ümid yox azala, bəlkə çoxalar.

Zülmətə boyanan bu qar ağlığı,

Nə özü danışar, nə danışdırar.

 

Ha deyin yerlər var boş və adamsız

Kainatda – məni qorxudammassız.

Belə səhralarla doludur içim,

Bəsimdir onların dəhşəti yalnız.

 

 

Оставьте комментарий