Архив | 19.03.2018

UİLYAM ŞEKSPİR. 88-Cİ SONET

Sonnet_88_1609.jpg

                          When thou shalt be disposed to set me light…

Görsəm ki, salaraq məni gözündən,

Mənə güldürürsən başqalarını,

Andpozan olsan da, yenə özümlə,

Sənin tərəfində mən vuruşaram.

+
Öz günahlarımı yaxşı bilərək,

Danışa bilərəm sənin yerinə,

Elə işlərimdən, eşidən gərək,
Məni atdığına səni bəyənə.

+

Qəlbimin səninlə bağlılığından,
Mənim də qazancım olacaq hökmən.

Özümə vurduğum bütün bu ziyan,
Sənə xeyirdirsə, bəxtəvərəm mən.

+

                         Mən sənə eşqimlə sənin kölənəm,

                          Hazıram nə günah olsa, yüklənəm.

İngiliscədən tərcümə

15.03.2018

Samara

BEOVULF? BİOVULF!

Beowulf.firstpage

 

Yəqin ki, qədim ingilis dastanının və onun eyni adlı qəhrəmanının adı azərbaycanca «Biovulf” yazılmalıdır, çünki orijinal qədim mətndə ikinci hərf “í” – dir. Müasir ingiliscədə  “e” yazılsa da, bu hərf “i” kimi oxunur. Əslində rusca da bu ad «Биовульф» kimi yazılmalıydı, necə ki, mobil operatorun arıyla bağlı olan qeyri-rəsmi adı “Билайн» yazılr.

TÜRK ƏSGƏRİ AFRİNDƏ VƏ YA BİZ TÜRK DEYİLİK!

afrin 1.jpg

Türk əsgəri Afrindədir.

Azərbaycanlıların axırıncı müharibəsi 2016-cı ilin aprelində olub. Bakıda hay-küy saldılar ki, 1(bir!) kənd (!) azad olunub, Cocuq Mərcanlı kəndi. Sonra məlum oldu ki, heç bu kənd ermənilərdə deyilmiş…

Yüzlərlə əsgər və zabit itkisi, ərazi qacancı – sıfır…

Azərbaycan əsgər və zabitlərindən meyitləri həftələrlə düşmən tərəfdə qalanlar oldu. Düşmən tərəfdə — yəni Azərbaycanın öz ərazisində. Azərbaycan ordusu öz əsgərinin ya zabitinin meyitini öz ərazisindən də götürə bilmirdi. Beynəlxalq təşkilatlar olmasaydı, o meyitlər indi də qayıtmamışdı…

Türk əsgəri Afrindədir.

Ağızlarını əyib dillərini türkə oxşadanlar, özlərinə türk deyənlər, türk təxəllüsü götürənlər, uşaqlarına osmalı adları qoyanlar – utanırsınız? Sizin haranız türkdür?

Siz heç vaxt türk olmamısınız! Osmanlılar Konstantinopolu alanda hardaydınız?

Babalarınıızın, ulu babalarınızın hərbi paltarda çəkilmiş şəkilləri varmı? Bizim evlərin tək-tükündə ulu baba, baba şəkilləri tapılar. İki yüz ilin, üç yüz ilin şəkilləri qalsaydı, görərdik ki, bizim babalarımız ya əsgər olmayıblar, olsalar da, İran ordusunda osmanlılarla vuruşublar, çar ordusunda iranlılarla və osmanlılarla vuruşublar, indiki nəslin ata-babası sovet əsgəri olub.

Sizin haranız türkdür?

Özünüzə türk deməklə türkün şanlı hərbi tarixinə şərik olmaq istəyirsiniz? Özgə malına? Çünki öz hərbi tarixinizi yaratmağa çoxunuzun qeyrəti çatmır, uşaqlarınıza şanlı osmanlı adları qoyursunuz, ancaq pul verib əsgərlikdən saxlayırsınız. Səngərlərdə özlərinə türk deməyən, Əhməd, Məhəmməd, Cəfər kimi müsəLman adları daşıyan kənd uşaqları ölürlər.

Sizin haranız türkdür?

Millətin dörddən biri özünə “rusdilli” deyir ki, biqeyrət olduğuna, millət  qeyrəti çəkmədiyinə haqq qazandırısın. Özlərinə türk deyənlər öz AZƏRBAYCANLI tarixlərini öz zəhmətləriylə, öz qan-tərləriylə, məhrumiyyətlərlə, qurbanlarla yaratmağa əzmi və qeyrəti olmayanlardır.

Türk əsgəri Afrindədir. Bəs siz hardasınız?

Deyirdiniz Ağdamacan getməyə sizi rus qoymur, Amerika qoymur. Niyə rus ya Amerika türk əsgərinin qabağını kəsə bilmədi?

Siz türk deyilsiniz!

Afrində dalğalanan türk bayraqlarına baxın. Baxdınız? Sizin bayraqlarınız harda dalğalanır? Bayraq meydanlarında?

İndi bildiniz ki, türk deyillsiniz?

29.03. 2018

Samara