ŞARL BODLER.  BAŞƏYMƏZ                              

бодлер

   (Le Rebelle)

Qəzəbli bir mələk səmadan enib qartal tək.
Şığıdı kafirin üstə, saçını çəngələdi.

“Biləsən, silkələyib söylədi, Qanunu gərək!

(Səni sevən mələyindir önündə!) İş belədir:

+

Qaşqabaq tökmədən, danışmadan gərək sevəsən,
Kasıbı, eybəcəri, canini, cüvəllağını.

Toxuyarsan elə bil xalça nəcib eşqlə sən,

Və sərərsən ayağı altına həzrət İsanın.

+

Bax, budur Eşq! Közərirkən hələ qəlbində alov,
Tanrı cəlalına yandır içində şövqdən od;
Bu bir həqiqi Səfadır ki, tükənmək bilmir.

+
Və Mələk, şübhəsiz ki, istədiyindən eləcə,

Yekə yumruqlarıyla çırpır onu var güclə.
İnadla “İstəmirəm!” söyləyir ancaq kafir.

Təxminən 1861-ci il

Fransızcadan tərcümə

06-07.2018

Samara