O me! what eyes hath love put in my head…
Aman, gözlərimə neyləyib eşqim,
Gördüyü uyuşmur heç görünənlə.
Əgər uyuşursa, bəs niyə beynim,
Doğru görülmüşü səhv yozur belə?
Gözlərim gördyü əgər gözəlsə,
Niyə bütün dünya əksini deyir?
Məsələ bundadır, gözəl deyilsə:
Məhəbbət gözləri adi göz deyil.
Doğru necə görər sevginin gözü,
Baxmaqdan üzülüb, yaşla dolubsa?
Qəribə deyil ki, günəşin özü,
Kor olur, səmanı bulud alıbsa.
Məkrli eşq! Yaşla gözümü tutur,
Görə də bilmirəm səndə bir qüsur.
İngiliscədən tərcümə
09.05.2018
Samara