La Gouffre
Paskalın girdabı vardı, gəzərdi girdabla,
Əfsus! Hər şey də ki, girdab – hərəkət, arzu, həvəs.
Söz! Və tez-tez canımda qorxudan küəklər əsər,
Duyuram tüklərim başımda biz durur hətta.
Göydə də, yerdə də, hər yerdə dərinlik, sahil,
Səs-səmir yox, ərazi qorxulu və cazibəli.
Yorulmadan gecələr Tanrımızın mahir əli,
Çəkir mənim yuxumda eybəcər və qanlı şəkil.
Yuxudan qorxuram, nəhəng o, deşikdir, qaradır.
Zülmətin dəhşəti, məlum deyil ki yol haradır.
Və fəzanın sonu yox, baxsan hansı pəncərədən.
Və burulğanla mənim daim izlənən ruhum,
Duyğusuz heçlik arzusunda, yox ancaq umudum
Mən bu Varlıqları atam, çıxam Rəqəmlərdən!
İlk dəfə 1 mart 1862-ci ildə çap olunub
08.05.2018
Fransızcadan tərcümə
Samara