UİLYAM ŞEKSPİR. 147-Cİ SONET

 

Sonnet+147.jpg               My love is as a fever, longing still

Sevgim – qızdırmadır, hələ arzular,

Məni bu bəlaya salan nədirsə.                        

 Azar uzadana onun meyli var,

Xəstə iştahını doyura bilsin.

 

Ağlım həkim idi sevgimə, küsdü,
Dediyinə əməl etmədiyimdən.
Anladım, başım ki, bəlaya düşdü,
Ehtiras ölümdür, həkin deyəndir.

 

Xəstə əlacsızsa, neyləsin həkim,
Qara qızdırmalı indi dəliyəm.

Fikrim də, nitqim də dəlilik kimi,

Həqiqətdən uzaq, əbəs deyilən.

 

                  And içirdim ay tək üzün nur saçar,

                  Sənsə cəhənnəm tək, gecə tək qara.

İngiliscədən tərcümə

09.05. 2018

Samara

Реклама

ŞARL BODLER. QAPAQ

бодлер

    (Le Couvercle)

Hara üz tutsa da, torpaqda ya da dəryada,
Odlu iqlimdə, soyuq ağ günəşin altında,

Kiferə səcdə edər, İsaya xidmətdə ya da,
Yaslı sail ya Kresus kimi taxtı, geyimi altından,

 

Kəndli olsun ya şəhərli, oturaq ya avara,
Balaca beyni çevik işləyə ya tənbəl ola.
İnsan hər yerdə hədəfdir qəribə qorxulara,
Əgər baxarsa səmaya, gözü dəhşətlə dolar.

 

Ah, bu Göylər! Divarlarıyla qəlb sıxan mağara,
Tavanı sanki işıqlandlıır komik opera,

Tapdayır orda qanlı səhnəni hər məzhəkəçi.

 

Pozğunun dəhşəti, divanə zahidin ümidi,
Səma! Nəhəng qazanı bağlayan qapaq kimidir,
Fəna və təyinatı yox Bəşəriyyətdir içi.

Ilk dəfə 12 yanvar 1864-cü ildə çap olunub

Fransızcaadan tərcümə

16-17.05.2018

Samara