DAYIOĞLU MAHİRİN XATİRƏSİNƏ

06 2.jpg

Çağırmazlar toya daha,

Daha çalıb-çağırmazsan.

Nə ana var, nə də ata —
Deyə-gülə keçər yasın.

 

Yaşın azdı, qırx beş idi,
Üzülmüşdü ürəyinsə.

Yarı ömrü atıb getdin,

Elə bil ki, oyun üstdən.

 

 

Hamı gedir, yox gələni,

Ordakını kim nə bilər.

Göz yaşı tək bəlkə sənin,

Nə günahın var, silinər.

 

06. 08. 2018

Samara

Реклама

ŞARL BODLER. BURDAN ÇOX UZAQDA            

BaudelaireNadard-thumb

Bien loin d’ici

Bura dualanmış ərazi, mənzil,

Burda bəzəkli qız, gözəl və nazlı,

Ürəyi buz kimi, həmişə hazır,

 

İncə balınclarda başı dincəlir,
Bir əllə döşünü o  yelpicləyir,
Hovuz naləsini qəlbi dinləyir.

 

Bura otağıdır Doroteyanın,
Dinir uzaqlarda külək də, su da.

Yarı nəğmə deyir, yarı ağlayır,

Ərköyün bu uşaq bəlkə də yata.

 

Başdan ayağacan, qayğı və səylə

İncə dərisini cilalayıblar
Ətirli yağlarla, benzoy çəkiblər

 — Küncdə çiçəklərsə bayılıb qalar.

 

Fransızcadan tərcümə

20.07. 2018

Samara