Le Coucher du Soleil Romantique
Necə gözəldir günəş təzə oyanan zaman,
Bizi salamlamağı partlayışa bənzəyir!
— Bəxtəvərdir arzudan daha cəlallı, gözəl,
Qürubunu eşq ilə seyr edib alqışlayan!
Yadıdmdadır! Görmüşəm çiçək, çeşmə və şırım,
Baxışından ürək tək titrəyib duruxurlar…
— Qaçaq üfüqə doğru, yeyin gəlin, gec olar,
Bəlkə tuta bilərik qıyğacı bir şüanı.
Əbəs izlərəm ancaq uzaqlaşan Tanrını
Qara, fəlakət dolu, nəmiş və qızdırmalı,
Alır hakimiyyəti Qaçılmaz Gecə artıq,
Bir məzarlıq qoxusu basıb toranlıqları,
Bataqlıq qırağında titrəyir ayaqlarım,
Duyaraq ilbizləri, rəzil qurbağaları.
Fransızcadan tərcümə
21.07. 2018
Samara