Hymne
Səninlə nurlanır ürəyim mənim,
Gözəl, sevimli yarım,
Ölməzlik salamı, ölümsüz sənəm,
Sənə yollaram!
O mənim ömrümə hopur, yaxılır,
O, duz dolu havadır.
Doymaz və tamarzı ruhuma axır,
Əbədiyyətin dadı.
Əziz bir guşənin ətrini yayan
Saşeyə bənzər.
Ya gecə xəlvətcə sanki buxurdan,
Özü tüstülər.
Necə təsvir edim, dəyişməz eşqim,
Oxşasın həqiqətə?
Əbədi sancılıb toxumu müşkün
Ürəyimin dibində!
Səninlə nurlanır ürəyim mənim,
Gözəl, sevimli yarım,
Ölməzlik salamı, ölümsüz sənəm,
Sənə yollaram!
Fransızcadan tərcümə
27.08. 2018
Samara