SƏMƏD VURĞUNUN “AYGÜN” KOMİK POEMASININ TƏHLİLİ. TOY PALTARINI SOYUNMAYAN GƏLİN VƏ «MUĞAN SƏHRASI»…

bağırov_vurğun.jpeg

“Aygün hələ soyunmamış toy paltarını…”

Yəni Aygün paltarlı yatır? Axı toydan xeyli keçib, bənd belə bitir:
“Günəş ilə bir oyanır evdə hər səhər…”

Paltarlı?

Əmirxanı oyatmayır, dincəlsin deyə,

Bəzən onun nəfəsinə qulaq da asır.

Şadlığından sığışmayıb yer ilə göyə,

Öz eşqini övlad kimi bağrına basır.

 

Nəfəsinə necə qulaq asır? Nəfəs xorultu deyil, nəfəsə qulaq asmaq üçün gərək qulağını qoyasan nəfəs alanın sinəsinə…

Bağrına nəyi ya kimi basır? Əmirxanı? Əmirxan yatır. Eşini? Necə? Eşq elə “bağırda” olmur?

“Qartal gözlü Əmirxanın baxışlarında

Bir kişilik, bir də vüqar oxuyur gəlin”.

Əmirxanın gözlərində kişilik niyə oyaq vaxtı oxunmur, yatdığı vaxt oxunur? Qəribə deyilmi? Özü də təzə bəy… Yatandan sonra nə kişilik… Atalar demişkən, yatdın, öıldün…

“Onun geniş sinəsində, sıx qaşlarında,

Deyirlər ki, gözü varmış neçə gözəlin”.
Gözəllərin gözü Əmirxanın “geniş sinəsinə” düşə bilərdi… Ancaq qaşlarına… Əmirxan arvad olsaydı və onun qaşlarına kişilərin gözü düşsıydi, bu, ağlabatan olardaı… Özü də sıralananlar arasında məna əlaqəsi, xassə ümumiliyi olmalıdır. Sinə hara, “sıx qaşlar” hara…

Sonra Səməd Vurğun Vəkilov yazır ki, Aygün ayna qabağında durub “hüsnünə dönə-dönə baxır”. Yəni, azərbaycanca desək, öz gözəlliyinə baxır. Qəribədir…

Sonra keçir pianinonun arxasına.

“Arabir də pianonun ağ dillərini,

Danışdırır, min zövq alır onun səsindən”.

Təkcə ağ dilllərini? Bəs qara dillər? Təkcə ağ dillərlə nə çalırdı? “Kolxoz” rəqsini?

Yəni Əmirxan durub?

“Göyərçin tək uçan görüb öz əllərini

Vəcdə gəlir ürəyinin titrəməsindən”.

Çalanın əlləri göyərçin tək uçar? Bəlkə rəqs edənin?

Əllərinə baxırsa, ürəyinin titrəməsindən niyə vəcdə gəlir?

“Əmirxan da, Əmirxan da çox sevir onu…”

Yenə başladı misranı təkrarla doldurmağa. Lap ağ eləyib: Əmirxan da, Əmirxan da…

“Bir-birinə hey (! – X.X.) can deyib, can eşidirlər…

Can!

Can!

Can sənə qurban!

Belə?

“Atasını görməmişdi körpə Əmirxan,

Anasısa bir ağ saçlı müəlliməydi”.

Yəni Əmirxanın körpəliyindən anası “ağ saçlı müəlliməydi”?

“Çiyinləri böyüməmiş, ətə dolmamış,
Anasiylə sözə gəlib üzə də durdu…”

Çiyin böyüyər, əlbəttə, amcaq çiyin ətli yer deyil. Bəlkə əzələ?

“Sol qoluna hələ qızıl saat da taxdı…”
Sağ qoluna taxmalıydı? Putin kimi?
“Ağsaçlı müəllimə” bu bahalı paltarları, qızıl saatı oğluna hansı pulla alır? Bəlkə, mənim mərhum dayımın bir zarafatda dediyi kimi, oynaşları var?

“Vaxt yetişdi, anası da rəhmətə getdi…»

Vaxt nə tez yetişdi? Olsun bu müəllimənin qırx yaşı, qırx beş yaşı…

“Ağ mərmərdən yondurduğu mərmər daşında…”

Yetim oğlanda pula bax!

“Öz əliylə anasının əksini çəkdi”…

Mərmərə şəkli çəkirlər?

“Ot bitməyən, su çıxmayan bir dağ başında

Hələ qəbrin ətrafına ağac da əkdi”.

Hardadır bu qəbiristanlıq? Yəni o dağın başına yağış da yağmır? Bəs orda ot birmirdisə, ağac necə bitəcək?

“Bir il sonra institutu dördlə bitirdi…”

20 yaşı varmış…. Anasının da yaşı qırx beşdən çox olmaya gərək…

“Dostlarilə öpüşdü də öz şadlığından…”

“Öz şadlığından…”

Bu, əlbəttə,antipoeziyadır, antiəstetikadır. Ancaq buna dözərik. Hər misrada yalan var, buna dözmək çətindir…

“Elə o yaz Aygünü də gəlin gətirdi…”

Əlbəttə, dostlarla öpüşəndən sonra gərək ağzı dada gəlməliydi. Yaxşı ki, dostlarından birinə evlənməyib…

Maraqlıdır, bu yetim uşağı kim oxudur, kim evləndirir, nə yeyib-dolanır?

Nazirin qəbulunda. Nazir məzunlara Azərbaycanı xəritədə göstərir, guya Azərbaycan Rusiya ya Avstraliya boyda yerdir…

O cümlədən “Muğan səhrası”ni.

Muğan səhrası hardadır?

“Muğan səhrasını göstərəndə nazirin

“Sinəsində təəssüflə (!  X.X.) ürəyində döyündü ürək…”

«Baxın, — dedi, — yaxşı baxın qədim Muğana!

 Min ildir ki, bu yerlərin qəlbi kövrəkdır…

 «Həyat» deyir, su istəyir o yana-yana”.

Min ildir? Bəs ondan əvvəl? Necə yəni su istəyir? Kür Muğandan keçmir?

Vallah, bunu oxuyan qalar girinc, bilməz ki, onun başı xarabdır, ya yazan onu dolayır…

Məlum olur ki, bu Muğan səhrasında “yağış gölləri hələ qurumayıb”.

Haçandan?

“Üzərində bulud-bulud milçəklər…”
Milçəklər uçur! Vay sizin zatınız…

“Gün altında quruduqca Vətən çölləri,

Öz vaxtından tez saralır güllər-çiçəklər”.

Aha! Deməli Muğan səhrasında “güllər-çiçəklər” bitirmiş!

“Göy zəmilər, göy bağlar da hələ ki, təkdir…”

Bağlar? Həm də tək? Bəlkə tək-tük? Aha! Hecası düz gəlmir?

“Yarpaq töküb çılpaq qalır boysuz ağaclar…”

Biabır olduq…Çılpaq ağaclar…

Özü də boysuz… Səhranı nə bilmisən?

Nazir görün sonra nə deyir:

“Gedin dostlar, təbiətdən intiqam alın…”
Dədəm vay!

“Zolaq-zolaq yaşıl-yaşıl meşələr salın,
İnsan ömrü uzun olsun aran yerində…”

Şirəli Müslümovun ömrü qədər. Yüz altmış doqquz il…

(Şirəli müslümovun ömrü olardı uzağı 100-110 il… Uzadıb eləmişdilər 169… Sovet Azərbaycanında, indikindən iraq, yalan çox idi. Getsin o günlər, gəlməsin…

“GECƏLƏR ALIŞAN YER ULDUZLARI, ATAMIZ LENİNİN ƏMƏLLƏRİDİR…”

Nazirin demaqoqiyası “gənc aqronomları” alışdırır, ancaq:

“Şad olmadı ürəyində yoldaş Əmirxan”.

Aha! Yoldaş Əmirxan narazıdır!

Ancaq utandığından etiraz eləmir… Yoldaş Əmirxan utancaqdır…

Yoldaş Əmirxan arvadına deyir ki, yığışsın, “Muğana aqronom gedir”.

Aygün nazirin əmirini görəndə:

“Özü də bilmədən xəyala getdi”.

Getdi ya daldı? Aha! Sonra “etdi” qafiyəsi gəlir…

Xəyala əslində elə belə, “bilmədən”, dalırlar, bilə-bilə kim xəyala dalır?

Aha! Aygün getmək istəmir!
“Yaxşı, institutu qurtarmayım mən?”

Gəlin tələbəymiş. İndi bildik.

Əmirxan deyir ki, sənə diplon-zad lazım deyil, “dalında dağ kimi dayanacağam”.

“Olmazmı Muğana yalnız gedəsən?”

Əmirxan:

“Olmaz!”

Aygün tərəddüd içindədir.

“Dondu ağ sinəsi dağda qar kimi”.

Sinə necə donur? A kişi, gəlinin sinəsinin ağlığıyla nə işin var, sən haralara baş uzadırsan, sən bu qadının psixoloji halını təsvir elə, oxucunu çaşdırma…

“Qələm qaşlarını sıx-sıx çataraq…”

“Sıx-sıx…”

Qələm qaş bilirsiniz nədir? Bilirsiniz hansı qələmdir? Quş lələyindən olan qələm…İndi qaş yerinə lələk təsəvvür edin…

“Onun saçlarını oxşayıb hərdən,

Əmirxan eşqdən söz açdı yenə”.

Necə yəni “hərdən”? Hərdən onda olur ki, üç gün bundan qabaq oxşayıb, bir də indi oxşayır…

“Evsiz, ailəsiz məhəbbətmi var?” – Əmirxan soruşur.

Aygün:

“Sənin fəlsəfən,
Səmimi olsa da bir az köhnədir…”

Yoldaş Əmirxan ona rəhmətlik anasını nümunə göstərir:

“Ölərdi, mən ona “öl” desəm əgər…”

Yağış da yağmışdı, yerlərdə palçıq…

İndiyəcən bilinmir ki, yer haradır. Naizirlə görüşdən belə çıxır ki, bunlar Bakıda yaşayırlar. Ancaq aqronomluq məktəbi Kirovabadda (Gəncədə) olub…

Yoldaş Əmirxan namus məsələsini atır ortalığa. İndi Otello ehtirasları od almaqdadır. Qazaxlı balası Səməd Vurğun Vəkilov vurub Şekspirin arxasını yerə…

Ancaq Aygün Dezdemona, deyil, Lenin-Stalinin qabaqcıl təlimiylə silahlanmış şərq qızıdır:

“Məncə, öz eşqinə sadiq bir ürək

İllər həsrətilə oda yansa da,

Bir qığılcım kimi alışıb sönməz…”

Diqqətlə baxın: Üçüncü misrada deyilən ikinci misrada deyilənlə düz gəlmir…

Ancaq bu, Aygünün günahı deyil. Aygünün ümimiyyətlə heç bir günahı yoxdur. Qeyrətli kimsomilçu qızdır. Pardon, bir ayın gəlinidir…

Sonrakı iki misra lap sayıqlamadır, başa düşmək mümkün deyil:

“Yalqizlıq qəm ilə alovlansa da,

 Eşqindən soyuyub, sözündən dönməz…”

Aygün deyir ki, Muğan bir günlük yoldur, ayda bir dəfə gələrsən…

Burda, nəhayət, “Otello” məsələni açır:
“Səndən nə gizlədim, qısqancam yaman”.

Aha!

Bununla bərabər deyir ki:

“Səndə məhəbbət də, namus da vardır”…

Ancaq:

“böyükdür şəhər,
Özündə həddindən artıq gözəlsən…”

Aha! Gözəl arvada da nə etibar! Bunu Səməd Vurğun hələ “Vaqif” komediyasında demişdi!

Aygün “öz ağlında ölçüb-biçəndən” sonra bu nəticəyə gəlir ki,

“O da Əmirxansız şad ola bilməz!”

Misrada gözəlliyə, psixologizmə bax! “Şad ola bilməz!”

“Qərarı bir oldu sevgililərin,
Sonra öpüşdülər dodaq-dodağa”.

Bilsəydim bu öpüş məsələsi var, heç buracan oxumazdım, uşaqların üzünü o yana çevirin, abrımız getdi…

Gəlib çıxırıq Muğana. “Muğan səhrası”na.

“Tarixlər çahidi Muğan düzündə,
Araz kənarında, suyun gözündə,
Təzəcə bir sovxoz şəhəri vardır…”

“Araz kənarı” – bunu başa düşdük. Bəs “suyun gözü”? Poemanın əvvəlində müəllif demirdi ki, Muğan min ildir suya həsrətdir? “Sovxoz şəhəri” – bu, necə olur? Ay rəhmətlik, insafın olaydı, heç olmasa “qəsəbə” deyəydin… Bura yəqin Saatlıdır, ya da Sabirabad… Saatlı özü nə gündəydi ki, onun sovxozu nə gündə ola…

“Burda üzə gülür təmiz küçələr…”

Başımdan tüstü çıxır… Saatlının, Sabirabadın kəndində?Yetmiş il bundan qabaq?

“Ortada” (!) bağ var, Lenin bağı. (Qalıbsa, İndi Heydər bağı olar…)

“Baxıb seyr etdiyim o al bayraq da,

Leninin müqəddəs al bayrağıdır…”

Səməd Vurğun yoldaş Əmirxandan qabaq gəlib çıxıb “sovxoz” şəhərinə, durub Leninin heykəlinin qarşısında dalıb düşüncələrə. Ona elə gəlir ki, indi Lenin Muğan çöllərinə baxır və “qəlbindən dünyalar keçir”. Yel də öz kefindədir, əsir, “göy zəmilər” yırğalanır.

Əmirxan institutu qurtarıb gəlib, indi payız da olmasa, gərək yay ola. Yayda göy zəmi olar? Rusiyada, hə olar, Saatlıda yox…

“Gecələr alışan yer ulduzları,
Atamız Leninin əməlləridir”.

Bu nə arsz adammış, gah deyir Şaumyan babamdır, gah deyir Lenin atamdır…

“Hər evdə, hər insan qəlbində yanan,
Leninin eşqidir, ölməz adıdır”.

Saatlılının, sabirabadlının qəlbində Lenin eşqi – bu mümkündür?

“Sovxozun rəhbəri oyandı səhər,
Başında fikirlər çıxdı eyvana…”

Yox, gərək, başının fikirlərini evdə qoyaydı… Yel aparar…

“Ayağı altında bu kiçik şəhər…”

Saatlı sovxozunda göydələn tikilib? Sovxoz direktoru neçənci mərtəbədədir?

“Baxdı səhra boyu, baxdı hər yana…”

Yenə səhra!

“ORDUMUZ HƏR YANDAN ATƏŞ AÇIRDI,
ALMAN SALDATLARI GERİ QAÇIRDI…”

 

“Düşündü, düşündü bizim qəhrəman,
Qurduğu şəhərə baxdı vüqarla…”

Sovxoz direktoru şəhər qura bilər?

“Elə bil nur yağdı baxışlarınmdan…”

Tanıdığım sovxoz direktorlarını xatırlayıram: üzlərindən oğraşlıq yağırdı, gözlərinə də baxan kimi bilirdin ki, oğrudur…

“Dünən qamış bitən qara torpaqda,

Bu gün şəfəq kimi sayrışdı çiçək…”

Qara torpaq? Saatlıda? Qara torpaqda qamış?

Dalına baxın:
“Hopduqca səhranın gövdəsinə su,
Tərlədi qaxsımış bir bədən kimi…”

Fikir verin, yuxarıda “qara torpaq”, aşağıda “səhra”.

“Qaxsımış badın” necə olur? “Qaxsımaq”, “qaxa dönmək” qurumaq deyilmi?

“Səhranın gövdəsi” – səhra ağacdır?

Bütün bu cəfəngiyatı akademik şair yazır! Vikipediyada elə bu şair kimi əqidəsizin biri yazıb ki, “Səməd Vurğun SSRİ xalqlarının sevimli şairi olub… Yəni ukraynalıların, estonların, gürcünlərin, ermənilərin…
Yalançının lap…

Sonra Səməd Vurğun Vəkilov yazır ki, yazır ki, “gürzələr, şahmarlar paslı qılınc kimi çəkildi qına…”

İlanlar bəlkə yuvalarına çəkilib?

Paslı qılıncın nəyi ilana oxşayır?

“Yaşıl məxmər kimi döşəndi yonca,
Vətən qızlarının ayaq altına”.

Yandım! Tüstüm başımdan çıxır! Ah, vətən qızları! Siz çılpaq torpaqda yeriyirdiniz “ayaq altınız” ağrıyırdı, indi Səməd Vurğunun atası Leninin əməlləriylə ayaq altınıza yonca döşınib…

Təsəvvür edin, 60-70 il qabaq Saatlı, Sabirabad qızları yonca üstündə yeriyiblər…

Kim deyirsə Azərbaycanda ədəbiyyat olub, kim deyirsə Səməd Vurğun şair olub, gəlsin bu vətən qızlarını göstərim ona…

Aha! Məlum olur ki, bu sovxoz direktoru müharibə iştirakçısı olub.  Səməd Vurğun özü onu döyüşdə görüb.

“Ordumuz hər yandan atəş açırdı,
Alman saldatları geri qaçırdı…”

Çox konkretdir, eləmi? Gözüylə görüb. Hər yandan atəş, almanlar qaçırlar… Oxuyan kimi bilinir ki, Səməd Vurğun alman saldatlarını qovurmuş…

“Göy darısqal idi, üfüqlər qara,
Kainat cırırdı dar paltarını…”
Gözünüzün qabağına gətirdiniz? Buna nə var ki. Darısqal göydür də. Sonra təsəvvür edin ki, kainat dar paltarının cırır…

Səməd Vurğun indiyə qalsaydı, porniqrafiya yazardı…

Dartma yaxam cırıldı…

“Bu məşhur topçu da öz toplarını,
Atıb yol açırdı piyadalar…”

Bir topçuda neçə top olar? Yəqin beş, altı… Yox, bu Səməd Vurğun toplara güllə qoyurmuş….

“Öz toplarını…”
Tfu!

“Onun səngəriydi xırdaca bir dağ…”

Dağ necə səngər olur? Yəni almanlar dağın o tayındaymış? Bəs bu gələcək sovxoz direktoru “topları” hara nişan aıb atır?

Səməd Vurğun yazır ki, o müharibədən qəhrəmanın üzündə bir çapıq qalıb. Kim çapıb, necə çapıb, bilinmir. İndi sadə bir insandır, “artıq pul sevmir”.

Əgər Sovet vaxtı Azərbaycanda artıq pul sevməyən direktor olubsa, mən onda azərbaycanlı deyiləm…

Sonra Səməd Vurğun yazır ki, hərdən sovxoz direktorunun “dolanışığı aşağı düşür”, “pendir-çörək yeyir…”

Sən-mən belə şey yazsaydıq və redaksiyaya aparsaydıq, bizi dəlixanaya saldırardılar…

“Pul oldu-olmadı daima şaddır”.

Aclıq olsun, kef olsun!

Yaşayır hər zaman bu qanacaqla!”

Ancaq belə misraları yazan insanda sənətkar qanacağı olmayıb, gərək sözün düzünü deyəsən…

Sonra Səməd Vurğun daha iki cəfəng bənd əlavə edib kasıblığı tərifləyir.

Kimin ki, əməli safdır ürəkdə, O aclığa düzər iftixarla…”

Buna millətinin ac vaxtında qoruqlarda ceyran, kəklik vuran adam yazıb…

Qayıdaq vətən qazlarına…

Səməd Vurğun yazır ki, o il qış çox bərk gəldi. Yağışlar yağdı, göllər yarandı, “gəldi qoşun-qoşun köçəri quşlar…”

“Palçıq dizə çıxdı…”
Harda? Sovqoz direktorunun yaratdığı təmiz küçəli şəhərdə? Saatlıda palçıq? Allah eləməsin!

İndi özünüzü tox tutun, çünki burda gülməkdən partlamaq olar:

“Soquqdan bozardı qızların üzü…”

Tənbəllər yığılıb nağıl deyərək,

Söhbətlə keçirdi gecə-gündüzü…”

Burda NKVD gərək işə qarışa. Qızların üzü bozarıb, tənbəllər də gecə-gündüz nağıl deyirlər…

Digər tərəfdən, əgər palçıq dizə çıxıbsa, bu insanlar neyləsinlər?

“Yağışın dalınca bərk qar gəlir”. Ocaqlar soyuyur, odun çatmır. Çünki:

“Neçə min ildir ki, bu səhralarda,
Nə qalın meşələr, nə zolaqlar var…”

Səməd Vurğun hələ də müəyyənləşdirməyib – Muğan çöldür ya səhra.

Min ildən qabaq varmış?

“Yalnız Araz üstə bir az meşə var…”

Dalını yazanı da olmasa, ən azı bunu çap edəni söymədən oxumaq mümkün deyil. Belə səviyyəsiz cızmaqara heç məktəb şagirdinə də yaraşmaz…

“O il öz ömrünü çox uzatdı qış,

Dişini ağardıb güldü insana…”

Bu, poeziya üçün rüsvayçılıqdır…

“Araz boyundakı şor qışlaqlarda,
Doyunca nə qoyun nə mal sağıldı…”

“Şor qışlaq” nədir?

“Doyunca” yemək olar. Doyunca sağmaq? Sağmaqdan doymaq?

“Qum təbəsi kimi yeridikcə qar,
Buludlar kişnədi…”

Mən qara Səməd Vurğundan yaxşı bələdən, ancaq qarın qum təpəsi kimi yeridiyini görməmişəm…Bəlkə Saatlıda, Sabirabadda yeriyib… Salyanda yerimirdi…

Sovxoz direktoru – toplar atan – işçilərə mühazirə oxuyur, deyir ki, əkdiyimiz ağaclar soyuğun qabağını elə kəsəcək ki, daha qış olmayacaq, həmişə yaz olacaq…

Yəni çöl də bayır kimi…

“Qış gəlib gedəcək bir bahar kimi…”

Ay heyvan (sovxoz direktoruna deyirəm), qış bahar kimi keçsə, torpaq nə bar verər?

Bu komuk poemanı nəşr edın heyvanlarda cürət ilmayıb ki, bunu Səməd Vurğuna deyələr…
(ardı var)

Реклама