
| Rəsul Rzanın şeirlərinin altında tarixlərə baxırsan, gülmək tutur. 1960-cı illərin əvvəllərində, canının sulu vaxtı, Rəsul Rza dünyanın çoxlu ölkəsində səfərlərdə olub. 60-cı illərin əvvəllərində SSrİ-də vəziyyət yaxşı deyildi. Əlbəttə, vəziyyəti yaxşı olanlar da vardı, ancaq xalq dediyimiz çoxluq əziyyət çəkirdi, ölkədə çörək qıtlığı yaranmışdı, kəndlərdə adambaşına un satırdılar, şəhərlərdə çörək növbəsində adamlar bir-birinin başını yarırdılar…Qabaqcıl sovet şairləri isə, o cümlədən Rəsul Rza, dünyanı ölkə-ölkə gəzir, yoldaş Xruşşovu rəhbərliyi ilə sovet xalqının qazandığı nailiyyətlərdən danışırdılar. Əlbəttə, bu səfərlərə böyük pullar gedirdi və bu pullar sovet adamlarının boğazından kəsilirdi… Çox gülməlidir…Ola bilsin ki, baqşa şairlər bu səfərlərdə kef çəkiblər, hətta bəlkə, ayıb olmasın, arvadbazlıq da ediblər. O ki qaldı bizim Rısul Rzaya, o, xarici ölkələrdə bir qram kef çəkməyib, ancaq xiffət eləyib.
Götürək Bali səfərini. Dünya şöhrətli kurort. Ürəyində deyirsən, ay kişi, gəlib çıxmısan bura, kef elə, doyunca çim, quma uzan, özünü günə ver, xanımlara bax… Yox, Rəsul Rzanın fikri qalıb Azərbaycanda. Buranın suyu ürəyinə yatmır. Çünki duzunda “Xəzərin şirinliyi yoxdur!” Gərək gələndə bir çəllək Xəzər suyu götürəydi… “Eh… Burnumun ucu göynəyir Bakı üçün, onsuz da…” A kişi, yadından çıxar getsin Bakını, Bakıda indi çörək növbəsindən başqa nə var ki… Onu deyim ki, bircə bu “Eh” misrası üçün Rəsul Rza ən azı iki manat qonorar alıb yəqin. Bir kisə çörəyin puludur… Ancaq Rəsul Rzaya, etalon vətən sevgili insana bunu demək olardımı… “Adama elə baxr ki, Deyərsən indi İndi hansı oxucu deyə bilər ki, bu filin qəfəsə haçan salıblar. Üç il qabaq? Beş il? On beş il? Yox! Bildir! Bəli, bildir! Soruşursunuz niyə bildir? Rəsul Rza bunu hardan bildi? Qəfəsə yazılmışdı? Yox, ona görə bildir ki, qafiyəsi düz gəlir! “Gözündən yaş axır gildir-gildir…” Düzü, heç bilmirəm ki, “gildir-gildir” nədir, ancaq bunu oxuyanda o qədər güldüm ki, gözümdə yaş sel kimi axdı. Bəlkə də gildir-gildir axdı, kim bilir… A kişi, sənin fillə nə işin var. Cəhənnəmə salıblar qəfəsə, gora salıblar… Başa düşürəm ki, Azərbaycan kimi azad ölkədən gedən adam qəfəsdə fil görəndə darıxar. Ancaq bu qədər də yox də… Rəsul Rza belə Rəsul rza olub… Kövrək… Gildir-gildir… 10.12. 2018 Samara P.S. Bir Molla Nəsrəddin lətifəsi yada düşür. Molla birinə qonaq olur. Ev sahibi süfrəyə bal qoyur, özünə çömçə boyda qaşıq götürüb Mollaya xırda bir qaşıq verir və hər dəfə çömçə dolu balı aağzına qoyanda deyir: «Ahh, öldüm, ahh, yandm». Molla dözməyib deyir ki a kişi, o çömçəni ver, mən də yanım, ölüm, daha bu nə yaşamaq oldu… X.X. |