POL VERLEN.  HƏQİR HƏYAT YÜNGÜL VƏ SEVİNCSİZ İŞLƏRİYLƏ

verlain-19

La vie humble aux travaux ennuyeux et faciles

Həqir həyat, yüngül və sevincsiz işləriylə,
Çoxlu eşq tələb edən çalışma seçimidir.

Şən olasan günlərin necə qəmli keçə də,

Həm də güclü — güzəran dözülməz ola belə.

 

 

Qulaq verəsən ancaq gərək kilsə zənginə,
İlahi, şəhərdəki səslərin arasında,
Və özün bu səslərin birini yaradasan,

Ki, uşaq xəyalların yetə bilə yerinə.

 

Tövbə edib yaşamaq günahkarlar içində,

Sükutu sevmək, ancaq danışmağı da hərçənd;

Böyük səbirlə keçən zaman necə böyükdür!

 

İnadlı peşmanlıq həm, həm götürqoymalar,
Və miskin dəyərlərin ətrafında qayğılar!

Fu, dedi Hafiz Mələk, alver edir təkəbbür!

28-29. 11. 2018

Samara

GƏNC RƏSUL RZA SİYASİ İRTİCA FİTVAÇISI KİMİ: “DÜŞMƏNLİK OLMAMAQÇIN, QIZIŞMALI DÜŞMƏNLİK…”

RASUL_RZA

1928-ci ildə yoldaş Stalin sosializm inkişaf etdikcə sinfi mübarizənin kəskinləşməsi barədə tezislə çıxış edib. Deyib ki, məsələn, biz qolçomaqlardan torpağı alırıq, sahibkarları, alverçiləri var-yoxda çıxarırıq. Onlar, Stalinin fikrincə, sakit oturmayacaqlar, sovet hakimiyyətini yıxmağa çalışacaqlar. Ona görə də ayıq olmaq lazımdır, sosializm dü.mənlərini vaxtında aşkara çıxarıb ifşa və sonra məhv etmək lazımdır. Proletar yazıçısı Maksim Qorki bunu bədii şəkildə belə ifadə edib: “Düşmən təslim olmasa, onu məhv edərlər”.

Azərbaycan yazıçıları da, o cümlədən Cəfər Cabbarlı, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları Stalinin səsinə səs veriblər, düşmənləri öz şeirlərində ifşa ediblər, onların yerini NKVD-yə deyiblər.

Stalin bu çıxışı edəndə Rəsul Rza on yeddi yaşında imiş, yəni burnu fırtıqlı uşaq olub. Burnunu fırtığı quruyan kimi, 1931-ci ildə yoldaş Stalinin çağırışına cavab olaraq “ Bolşevik yazı” şeirini yazıb.

Oxuyub məəttələ qalırsan: iyirmi yaşında gəncdə fərasətə bax! Mən fiikirləşirəm ki, bunun sirri burundadır. Baxın rəhmətliyin şəklinə, görün necə iri burnu var. Belə burunla necə iy bilməyəsən! Oğlunun da burnu elədir, ona görə yaxş iy də bilir, küləyin hardan əsdiyini də…

Hə, qayıdaq “Bolşevik yazı” şeirinə.

Rəsul Rza bir səs eşidir, bu səs deyir:

“Rəsul Rza, durma yaz,
Qırçın tarla, faraş qoza,

Bol pambıqlı yaza yaz!”

(Əslində pambıq payızda yetişir. Yazda nə qoza? Pambıq indi-indi əkilir…)

Rəsul Rza deyir ki, kəndin dərdindən çoxları yazıb, ancaq kəndin dərdini başa düşməyiblər, kəndin dərdi kolxoz dərdi imiş, yəni kənd kolxo olmaq istəyirmiş (Rəsul Rza çox mürəkkəb yazıb, Stalindən də mürəkkəb, təxminən belə başa düşmək olar). Kolxoz da nədir? Pambıq!

“Pambıq ver zərbəçi dəzgahlara

Qoyma ölkənin sərvətini yadlar apara”.

Ölkənin sərvətini aparmaq istəyən yadlar kimdir, bilinmir. Görünür, Rəsul Rza şəxsən onları tanıyırmış və hamısını NKVD-yə təhvil verib…

Rəsul Rza daha sonra yazır ki, kəndin dərdini ancaq proletar şəhəri sağalda bilər.

“Rəsul Rza, durma, yaz,
Bolşevik templi, pambıqlı yaza yaz!”

“Bolşevik templi” – yəqin “bolşevik sürətli” deməkdir. Rəzul Rza bun xarici dildə yazıb…

Sonra Rəsul Rza kəndin xırda dərdlərindən yazır.

“Kənd susuzdur, kəndə su!”

Aha, kənd susuzmuş!

“Axmasın qoy gendə su!”

Aha, su gendə axırmış!

“Sənə pambıq çöllərinin tələbi vardır bu yaz” (bunu Rəsul Rza suya deyir. Rəsul Rza iyirmi yaşında itin…pardon, suyun dilini bilirmiş…)

“Çağır çıxsın yarıça Kür!”

Yəni Araz Kürlə sosializm yarışına çıxmalıdır… Oyunumuz var…

Sonra Rəsul Rza Kürün tərifini verir:

“Bəzən əmlik quzu kimi,
Qaçıb-qaçıb yorulan Kür…

Dalğasında gümüş ayı nazlı-nazlı yellədən Kür…”

Bu kimi cəgfıngiyat. Ypltaş Stalinin qoyduğu məsələdən uzaqlaşıb, Gəncdir, siyasi-əxlaqi sabitliyi yoxdur…

Ancaq Rəsur Rza vaxtında valı dəyişir, siyasi xəttə qayıdır. Kürə bolşevik qınağı yağdırır:

“Nəyə lazım gözəlliyin,
Göy tarlalar saralırsa”.

Məsələyə əsil bolşevik münasibəti! Birbaşa, açıq!

“Əyilib keçmə, Kürüm!

Yetər əyildin keçdin, qoca tarıx boyunca!”

Bolşeviklərdən qabaq Kürü də əyirmişlər! Vay sizin…

“Sənə xor baxanlar qoy,

İndi əyilsin, Kürüm!”

Kürə xor baxıblar? Basın hamısını Sibirə!

“Sənə bu gün tələb verir bu sosialist vətənim!”

Görünür, sosialist vətəni Rəsul Rzanı müvəkkil tutub…

“Bu, tələbdir, yaxşı bil”
Yəqin Rəsul Rzanın belində naqan da olub, yoxsa belə ötkülü danışmazdı.

Rəsul Rza təkidlə qeyd edir ki, bu yaz adi yaz deyil.

“Bu yaz pambıq yazıdır”.

Və burda isə məsələ açılır:

“Bu pambıqlı yeni il

Mübarizə yazıdır!”

Mabarizə yazı! Heyvan vaqonları hazırlanıb? Rəsul Rza milləti basıb göndəriəcək Sibirə, Qazaxstana…

Pambığın:

“Hər açılan qozası düşmənə bir kəfənlik!”

Düzdür, bir qozadan bir kəfən çıxmaz, ancaq sovet hakimiyyətinin düşmənlərini, “xalq düşmənlərini” bolşeviklər kəfənsiz basdırıblar. Basdırıblar deyəndə ki, çalaya atıb üstünü torpaqlayıblar…

İndi isə Stalinin tezisi Rzanın ifasında:
“Düşmənlik olmamaqçın, qızışmalı düşmənlik…”

İndi kim deyə bilər ki, 30-cu illərin repressiyasında Rəsul Rzanın günahı yoxdur?

Rəzul Rza dayanmır, ağzı qızıb:

“Bu yaz, sınaq yazıdır mübarizə yollarında.

Mübarizə bu gün də var yarın da.

Mən də onun ən ön sıralarında…”

Haçan bu insan öz xalqından, onun zülmə məruz qalmış övladlarının xatirəsindən üzr istəmişdir?

Ya oğlu, indiki Azərbaycanın dövlət ədəbiyyatının komandanı Anar atasının yerinə üzr istəyib?

 

12.12. 2018

Samara