POL VERLEN. KABARELƏRİN HAY-KÜYÜ

verlain-19

Le bruit des cabarets

Kabarelərdə hay-küy, zibillidir səkilər,

Torana çinarların yarpaqları tökülür.

Omnibus cırıldayır sıçradaraq palçığı,
Təkərlərdən kuzovun var elə bil acığı.

Tənbəlcə göz gəzdirib o yan-bu yanlarına,
Tüstülədən fəhlələr kluba yollanırlar.

Polis agentlərinin közərir çubuqları,
Sürüşkəndir yol-səki, divar çatlaq, dam axır.

Asfalt dağılıb gedib, çirkab arxı doldurub,
Məni cənnətə doğru aparan yol bax, budur!

Fransızcadan tərcümə

19-20. 12. 2018

Samara

Реклама

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: HEKTARDAN 143 SENTNER PAMBIQ…

RASUL_RZA

Rəsul Rza 1962-ci ildə “Qəhrəmanın ölümü” adlı şeir yazıb. Şeur İki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın ölümünə həsr olunub. Bəsti Bağırovz fevralın 27-də ölüb. Şeir Martın 2-də, Perellkinoda, yazıçıların Podmoskovyedəki yaradıcılıq evində yazıb. Peredelkino qışda cənnərt olurdu, sovet ədəbiyyatının canlı klassiklərinin bir hissəsinin burda evi vardı, bir hissəsi isə, Rəsul Rza kimi, ilin bir neçə ayını burda keçirirdi. Bunları ona görə yazıram ki, Rəsul Rza Bəsti Bağırovanın dəfnində olmayıb, yəqin istirahətini kəsib qəhrəmanın yasına uçmayıb. Bu, əlbəttə, onun öz işi idi, ancaq şeir elə yazılıb ki, guya Rəsul Rza Bəsti Bağırovanı nəinki yas iştirakçısı, o hətta meyidi pataloqoanatom kimi görüb, çünki onun əlini-ayağını çox ətraflı təsvir edir…

“İndi uzanıb sakit,
Nə qaşlarında düyün,
Nə dodaqlarında iztirab qırışığı…”

Əslində bu yazı şeir-zad deyil, biz buna şerti olaraq şeir deyirik, çünki Rəsul Rza özü buna şeir deyib və Azərbaycanda imdiyə kimi bunu şeir kimi çap edirlər. Bu yazının şeirliyi ancaq cümlələrini qırıq-qırıq edilib alt-alta düzülməyidir.

Rəsul Rza yazır ki, qəhrəmanın masasının siyirmələrində qalaq-qalaq məktublar qalıb. Çünki SSRİ-nun hər yerindən qəhrəmana məkublar gəlirmiş. O da gecələr yatmayıb (gündüzlər işləyirmiş axı!) bu məktublara cavab verirmiş. Rəsul Rza burda şah misra işlədir:
“Bu işi də var qəhrəmanlığın!”

Demək lazmdır ki, sonralar Rəsul Rza özü də qəhrəman oldu…

Vikipediyada Bəsti Bağırova haqqındakı məqalədə deyilir ki, “4 oktyabr 1936-cı ildə Bəsti Bağırova rekord miqdarda – 463 kq pambıq (bir gündə! – X.X.) yığdığı haqqında məlumat verib.

Bir adamın bu qədər pambığı yığmağı mümkün deyil, sadəcə ona görə ki, bu mümkün deyil! Bu qədər pambığı, özü də məhsulun ən bol vaxtında, ən yaxşı halda yeddi-səkkiz adam yığar. Mən öz kəndimizdən 50-ci və 60-cı illərdə qızların 120-130 kq pambıq yığdığını eşitmişəm. 463 kq – ağ yalandır. Sovet İttifaqında “staxanovçular hərəkatı” yarananda hər sahədə və hər respublikada belə staxanovçular qondarır, onların adına rekordlar yığırdılar. Rəsul Rza özü pambıqçılıq raynundandır. Bunu gözəl bilməliydi.

Hələ bu hamısı deyil.

1937-ci ildə “staxanovçu” Bəsti bir hektardan 142, 9 sentner pambıq alır!

Bu, əlbəttə, dünya rekordudur. Ancaq yalan üzrə! Qasım İsmayılov (xalq arasında – Kasıb İsmayılov…) kimi yerdə hektardan ən yaxşı halda 15-20 sentner pambıq alınardı. Bəlkə də 142, 9 sentner olub, ancaq bir hektardan yox, on hektardan! Qalan doqquz hektarı arvadlar ayaqyalın-başaçıq bir qarın çörəyə becəriblər, bəlkə hələ kolxoza debitor borcları qalıb!

Belə əldəqayırma qəhrəmanlar hər yerdə vardı. Yazçılardan da, şairlərdən də qəhrəman qayırırdılar…Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza…

Məqalədə göstərilir ki, Bəsti əmək fəaliyyətinə 1930-cu ildə başlayıb. Yəni 24 yaşında. O vaxtacan neyləyirmiş?

Bəsti Bağırovaya iki dəfə, 1947-ci və 1950-ci ildə, Sosialist Əməyi Qəhrəmanı adı verilir. SSRİ Ali Sovetinin (!) deputatı olur. Parlament iclasları, xarici səfərlər… Sədr olduğu kolxoz da rekord vurmaqda davam edir…

Belə kolxozlardan hər rayonda yaradılırdı. Yəni bütün dövlət resursları cəmləşdirilirdi bir-iki təsərrüfatda, kolxozun sədri qəhrəman, işçiləri qəhrəman, kənd abad… Nümunə üçün. Beləcə qazma briqadaları, istismar quyuları, sexlər…

Bütün rekordlar əslində qondarma idi. Qəhrəmanlar – qondarma…

Və bunu Rəsul Rza gözəl bilirdi. Azərbaycanlı sənərkar şeirini qondarma qəhrəmana yox, ayaqyalın-başaçıq bir qarın çörəyə çöllərdə dırnaqlarıyla yer eşən, sədrlərin, briqadirlərin zülmünü görən arvadlarımıza, qızlarımıza həsr eləməliydi. O arvadların çoxu dul idi, çünki ərləri müharibədən qayıtmamışdı…

Ancaq Rəsul Rza Peredelkinoda oturub rus arağından vura-vura “xalqın qəhrəman qızı” üçün göz yaşları tökür…

Bütün bunlar, əlbəttə, ağlamalıdır. Ancaq bu 143 sentner məsələsi yada düşdükcə adamı gülmək tutur. Kasıb İsmayılovda hektardan 143 sentner pambıq!

Belə şey olmaz! Şirəli babanın, Şirəli Müslümovun  qondarma 169 yaşına and olsun!

22.12.2018

Samara