Архив | 18.05.2019

MİXAİL LERMONTOV. RUS NƏĞMƏSİ

LERMONTOV

РУССКАЯ ПЕСНЯ

 

Enir çəngə-çəngə səmadan ağ qar,

Gözəllər gözəli bəs niyə qorxar

Artırmadan düşməyə

Gedib su daşımağa?

Tabut aparanda keşiş ki, necə

Oxuyar —  oxuyur çöldə eləcə,

         Oynayır boran.
Taxta darvazanın önündə köpək,

Hürür, zəncirini dişə çəkərək,

        Dayanmır bir an.

Nə matəm harayı boranın fəqət,
Köpəyin qüssəli hürüşü nə də,

Qızın gözlərindəki,
Qorxuya səbəb deyil.

Sevgilisi ölüb lap bu yaxında,
Gözünün önünə gələr qardan ağ:

          Gələr və  söylər

Üzünə: “Əhdini pozmusan niyə?”

Və barmağındakı əhd üzüyünə,
              İşarə elər.

1830 ya 1831

Ruscadan tərcümə

17. 05. 2019, Samara

 

РУССКАЯ ПЕСНЯ
Клоками белый снег валится,
Что ж дева красная боится
         С крыльца сойти,
         Воды снести? Читать далее