Зачем ты послан был и кто тебя послал?
Sən niyə göndərildin, səni kimdi göndərən?
Bizə gətirməliydin şərimi, xeyirimi?
Niyə sönüb getdin, parladın nədən,
Söylə, fözqəladə qonağı yerin?
Kitabçılar fal açır, çarlar qayğılanırdı,
Kütlə onlara baxıb əsirdi həyəcandan.
Mehrablar ifşalanıb, yox gəlib yığılan da,
Güclənirdi azadlıq qasırğaları hər an.
Və birdən o yetişdi… Hamı qanda və kirdə,
Dağıdı yazılar, nə varsa qədim.
Talelər Əri gəldi, kölələr kiridilər,
Qılınclar, zəncirlər dinirdi indi.
Föhş üzə çıxdı vüqarlı çılpaq,
Ürəklər elə bil önündə dondu.
İqtidar naminə Yurd unuduldu,
Qardaş qardaşını satdı qızıla.
Dedi divanələr: yoxdur Azadlıq,
Xalqlar da onlara inanırdı axı…
Onların nitqində şər də, xeyir də,
Kölgəyə bənzərdu, yoxdu fərqləri.
Həyatda nə varsa, nifrətə yemdi,
Necə çölün tozu yelə verilər.
Ruscadan tərcümə
06.05. 2019
Samara
QEYD: Şeir Napoleona həsr olunub.
Зачем ты послан был и кто тебя послал?
Чего, добра иль зла, ты верный был свершитель?
Зачем потух, зачем блистал,
Земли чудесный посетитель? Читать далее