Mənim doğulduğum il,
Uzaq əsrdə qaldı.
Bu yaşda adam deyil,
Eksponatam adi.
Alın qıırışlarımda,
Əsrləri sayan var.
Kimsə baxışlarımda,
Kök və tayfa axtarar.
Oxşadırlar hər irqə,
Üzümə baxıb nəsə.
Yox, qlobus demirəm,
Dünya xəritəsiyəm.
Yolumuz kəsişəndə,
Cavan qıyqacı baxır.
Durur sanki önündə,
Qədim dünya tarixi.
30. 05. 2019
Samara