Tristesse
Alfred de Musset (1810-1857)
İtirdim gücümü, üzülmüş canam,
Dostları itirdim, getdi şadlığım.
Onunla dühama inam tapdığım,
Qürur hissini də itirdim tamam.
Bir gün Həqiqəti tanıyan andan,
Düşündüm o mənə dost olar əsil;
İçimdə çiyrindim ondan elə bil,
Mən onu anlayan, hiss edən zaman.
Fəqət Həqiqətdə əbədilik var,
Və ondan yayınıb uzaqlaşanlar,
Nadan yaşayacaq, qalacaq nadan.
Cavab verməliyik Tanrı deyənə,
Qalır həyatımda bircə bircə şey mənə
O da ki, kədərdir, məni ağladan.
fransızcadan tərcümə
18.05. 2019, Samara
Alfred de Müsse
(1810-1857)
KƏDƏR
Daha yaşamağa tabım qalmayıb,
Gedib kefli çağım, dostlarım gedib
Getdi, görəndə ki, salmıram saya,
O insan ki, mənə dahi deyirdi.
Əvvəl Həqiqəti tanıyan zaman,
Düşündüm o mənə əbədi dostdur.
Amma yaxşı duyub anlayan andan,
Həqiqət nədənsə pisimi vurdu.
Bilin, əbədidir, Həqiqət ancaq.
Nadan kim yaşayacaq, nadan qalacaq,
Kim onun yanından saymayıb ötə.
Tanrının kəlamı cavab gözləyir,
İndi mənə qalan həyatda nədir? –
Ağlayıb ötənin yasını tutam.
Fransızcadan tərcümə
22.09.2016
Samara
Tristesse
J’ai perdu ma force et ma vie,
Et mes amis et ma gaieté ;
J’ai perdu jusqu’à la fierté
Qui faisait croire à mon génie. Читать далее